|
- Vegetasiya dövründə havanın orta aylıq temperaturunu, onun mütləq minimum və maksimumunu
araşdırın.
- Erkən payız və gec yaz şaxtalarının başvermə tarixi və onların davam etmə müddətini
araşdırın.
- Ərazidə küləyin istiqamətini və sürətini müəyyənləşdirin.
- Aylar üzrə havanın orta nisbi rütubətini təhlil edin.
|
- Seçilmiş ərazinin meyvə və ya tərəvəz bitkilərinin becərilməsi üçün əhəmiyyətliyinin
qiymətləndirilməsi
|
- Əldə olunan nəticələri ümumiləşdirin.
- Onların qeyd olunan meyarlar üzrə müsbət və mənfi tərəflərini sadalayın.
- Sonda seçilmiş ərazinin meyvə və ya tərəvəz bitkilərinin becərilməsi üçün uyğunluğunu
müəyyənləşdirin.
|
Praktiki tapşırıq - 1 yerinə yetirmək üçün yoxlama üsulları
İstifadə edilməli resurslar:
• Seçilmiş bağçılıq təsərrüfatı;
• Torpaq kəsimləri qoymaq üçün bel;
• Torpaq nümunələri götürmək üçün bur, dəmir gilizlər, alüminium qablar;
• Havanın nəmliyini ölçən hiqrometr;
• Havanın temperaturunu ölçən termometrlər;
• Qeydiyyat üçün kağız və qələm.
Praktik tapşırıq - 1 icrası üçün tələb olunan aşağıdakı cədvələ əks olunan bacarıqlardan hansına sahib
olduğunuzu Bəli, sahib olmadığınızı Xeyr ilə işarə edin.
Qiymətləndirmə ölçüsü:
1. Təsərrüfatın yerləşdiyi ərazini relyefə görə qiymətləndirdinizmi?
2. Bağçılıq təsərrüfatının torpaq şəraitini öyrəndinizmi?
3. Bağçılıq təsərrüfatının yerləşdiyi ərazinin iqlim şəraitini təhlil etdinizmi?
|
|