Hər hansı bir bağçılıq təsərrüfatı seçin və həmin ərazinin torpaq-iqlim
şəraitinin açıq
və örtülü şəraitdə meyvə və ya tərəvəz bitkilərinin becərilməsi üçün nə dərəcədə əhəmiyyətli olduğunu təhlil
edin.
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Təsərrüfatın yerləşdiyi ərazinin relyefə görə coğrafi qiymətləndirilməsi
|
- Təsərrüfatın düzən, dağlıq və ya dağətəyi zonada yerləşdiyini müəyyənləşdirin və
becərilən bitkiyə görə uyğunluğunu qiymətləndirin.
- Sahənin maillik dərəcəsini təhlil edin, bağ salınması üçün nə dərəcədə əhəmiyyətli
olduğunu müəyyənləşdirin.
- Ərazinin dəniz səviyyəsindən hansı hündürlükdə olduğunu araşdırın, bu hündürlüyün
bitkinin inkişafına və məhsulun yetişmə müddətinə təsirini müqayisəli öyrənin.
- Təsərrüfatın yerləşmə vəziyyəti, nəqliyyat yoluna, şəhərlərə və satış bazarlarına
yaxınlığını təhlil edin.
|
- Bağçılıq təsərrüfatının torpaq şəraitinin qiymətləndirilməsi
|
- Torpağın su-hava keçirmə qabiliyyətinin, strukturluğunun, sıxlığının əkiləcək meyvə və
ya tərəvəz bitkiləri üçün əlverişliliyini araşdırın.
- Torpağın mexaniki (qranulometrik) tərkibinin əkiləcək meyvə və ya tərəvəz bitkiləri üçün
uyğunluğunu təhlil edin.
- Əkin qatının qalınlığını müəyyənləşdirin.
- Torpağın kök yayılan qatlarında onun pH kəmiyyətini və duzluluq dərəcəsinin (şoranlıq)
vəziyyətini öyrənin.
- Qrunt sularının yerləşmə səviyyəsinin bağ salınması üçün əlverişliliyini təhlil edin.
|
- Bağçılıq təsərrüfatının yerləşdiyi ərazinin iqlim şəraitinin qiymətləndirilməsi
|
- Vegetasiya dövründə yağıntıların orta aylıq və illik miqdarını təhlil edin.
- Aylar və il üzrə günün işıqlı saatlarının miqdarını öyrənin.
|