Yaşadığınız ərazidə, yaxın rayon və kəndlərdə mövcud olan bağçılıq təsərrüfatlarına səfər edin,
həmin ərazinin torpaq-iqlim şəraiti ilə tanış olun.
Həmin ərazidə hansı meyvə və tərəvəz bitkilərinin becərildiyini öyrənin və yerli torpaq-iqlim
şəraitinə uyğunluğunu təsərrüfat sahibləri ilə qarşılıqlı müzakirə edin.
Səfər etdiyiniz bağçılıq təsərrüfatının (açıq və ya örtülü sahə) yerləşdiyi ərazinin, satış
kanallarının, rəqiblərin, qonşu təsərrüfatların vəziyyətini öyrənin və həmin təsərrüfatın rəqabət
qabiliyyətini təhlil edin.
Əldə etdiyiniz məlumatları qeyd edin və qısa hesabat şəklində təqdimat edərək qrup yoldaşlarınızla
müzakirə edin.