İstixana üçün seçilmiş yeni sahələr mənimsənilərkən daha əvvəlki dövrdə onların istifadə tarixçəsi araşdırılmalı, nəzərdə tutulan məhsullar üçün bu ərazinin uyğunluğu, mövcud risklər təhlil edilməlidir. Riskləri minimuma endirmək üçün tətbiq olunacaq strategiyaları göstərən bir idarəetmə planı hazırlanmalıdır.
İstixana ərazisi üçün torpaq xəritələri hazırlanmalıdır. Bu xəritələrdə ümumi təsərrüfatın planlaşdırılması aparılmalı, su-torpaq ehtiyatlarının yerləşmə vəziyyəti, yeraltı suların dərinliyi, su anbarları, ərazinin yola və yaşayış yerlərindən hansı məsafədə yerləşməsi, qonşu təsərrüfatların yeri, torpaq münbitliyi, əkiləcək bitkilər və digər köməkçi infrastruktur (binalar, yollar və s.) göstərilməlidir.
İstixana kompleksi üçün seçilmiş yer istehsal sahəsindən əlavə, köməkçi infrastrukturun yaradılması üçün də kifayət etməlidir. Köməkçi infrastruktur sahəsində xəbərdaredici və məlumatlandırıcı nişanlar quraşdırılmalı, mal-qaranın və digər çöl heyvanlarının əraziyə girməsinin qarşısını almaq və küləyin təsirinə qarşı maneə yaratmaq məqsədilə hasar çəkilməli, sanitariya və gigiyena qaydalarını nəzərə alaraq işçilərin paltar dəyişməsi, nahar etməsi, əl yuması, alətlərin və kimyəvi maddələrin saxlanması üçün xüsusi binalar tikilməlidir.
İstər açıq, istərsə də örtülü şəraitdə meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün seçilən ərazidə mövcud olan maneələr əkindən qabaq aradan qaldırılmalıdır. Bunun üçün aşağıdakı hazırlıq işləri görülməlidir: