Qeyd olunan indikator bitkiləri həmin ərazi üçün müəyyən proqnozlar verməyə imkan verir. Bunun hesabına həmin ərazidə bağ salmaq üçün müvafıq aqromeliorativ tədbirlərin görülməsi planlaşdırılır.
İstixanaların inşası üçün elə yer seçilməlidir ki, bu ərazilərdə qış mülayim keçsin və işıqlı saatların miqdarı kifayət qədər uzun olsun. İstixana cənubdan şimala doğru istiqamətdə elə yerdə tikilməlidir ki, günəşin çıxma (şərq) və batma (qərb) nöqtələrindən asılı olaraq həmin ərazidə kölgəlik az olsun və işıqlı saatların miqdarı uzun olsun (Şəkil 1.4). Belə olan halda həmin istixanaların isidilməsinə çəkilən enerji xərcləri azalmış olar.
|
Yararsız yer (gün ərzində kölgəlik) Yaxşı yer (kölgəlik yalnız səhər və axşam) Çox yaxşı yer (gün ərzində kölgəlik yoxdur) |
Azərbaycanın düzən bölgələrinin əlverişli iqlim şəraiti burada istixanaların isidilməsinə az vəsait sərf etməklə bütün il boyu istiyə tələbkar tərəvəz bitkilərindən yüksək və keyfiyyətli məhsul götürməyə imkan
Azərbaycanın düzən bölgələrinin qışı mülayim keçir, yazı nisbətən tez gəlir.