Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun:
Sual 6. Məhsulun saxlanılması üçün meyvələr, ilk növbədə, çeşidlənməlidir
............................. məhsullar çıxdaş edilməlidir.
Sual 7. ................................ anbarlara burtlar və xəndəklər aiddir.
Sual 8. Göbələk xəstəliklərinə qarşı soyuducu anbarın içərisində
............................... yandırılmaqla dezinfeksiya aparılır.
Sual 9. Soyuducu anbarların divarları və damı, adətən, .................................
(arası poliuritan köpük ilə doldurulmuş) panellərdən hazırlanır.
Sual 10. Müasir soyuducu anbarlarda havanın soyudulması
.................................... vasitəsi ilə təmin edilir.
Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Əksər meyvə-tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarda havanın nisbi
rütubəti hansı hüdudda olmalıdır?
A) 20-25 faiz;
B) 30-40 faiz;
C) 50-60 faiz;
D) 80-90 faiz.
Sual 12. Məhsulun tənəffüs prosesini zəiflətmək və saxlama zamanı itki faizini azaltmaq
məqsədilə saxlama kamerasının içərisində qaz mühiti yaradılır. Bunun üçün hansı avadanlıqdan istifadə
edilir?
A) Ph metr;
B) Barometr;
C) Diffuzor batareya;
D) Termometr.
Sual 13. Soyuducu anbarda məhsulun ilkin soyudulması üçün nəzərdə tutulan yer necə adlanır?
A) Sanitariya otağı;
B) Tambur;
C) Laboratoriya;
D) Qablaşdırma otağı.