Meyvə-tərəvəz məhsullarının saxlanma zamanı təbii itki faizinin
hesablanması
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Soyuducu anbarda saxlanılan meyvə-tərəvəz məhsullarından nümunənin götürülməsi
|
- Soyuducu anbara səfər edin.
- Orada saxlanılan meyvə-tərəvəz məhsullarından birini seçin.
- Seçdiyiniz məhsuldan onların qablaşdırılmasına uyğun olaraq nümunə üçün bir ədəd tara və
ya yeşik götürün.
|
- Məhsulun saxlanması zamanı təbii itki faizinin hesablanması
|
- Tarada olan məhsulun saxlanmaya qoyulmazdan əvvəlki standart çəkisini öyrənin (soyuducu
anbarda çalışan mütəxəssisdən soruşmaqla).
- Taranın və ya yeşiyin hazırki çəkisini müəyyən edin.
- Sonrakı çəki ilə əvvəlki çəki arasında olan fərqi (azalmanı) tapın.
- Alınan çəki fərqinə əsasən saxlama zamanı təbii itki faizini hesablayın (fərqin əvvəlki
çəkiyə görə faizi).
|
- Saxlamadan sonra xarab məhsulların miqdarının müəyyən edilməsi
|
- Tarada olan meyvələri sayın.
- Onların içərisində olan xarab olan (kiflənmiş, çürümüş) və bürüşmüş meyvələrin sayını
müəyyən edin.
- Tarada olan ümumi məhsula görə əmtəəlik (satışa yararlı) və xarab olan məhsulun faizlə
miqdarını hesablayın.
|