Coolbot sistemli soyuducu nədir? Coolbot sistemli soyuducu yığılmış məhsulları sərin saxlamaq üçün kondisioner qurğusu, izolyasiya və enerji mənbəyindən istifadə edən nisbətən kiçik otaq anbardır. Anbarın divarları çöl tərəfdən 20 santimetr hörgü, iç tərəfi isə 20 santimetrlik izolyasiya materialından (taxta və samandan) ibarətdir. Anbar tikilərkən onun ölçüləri istifadə ediləcək kondisionerin gücünə uyğun hesablanmalıdır. Coolbot cihazı kondisionerə quraşdırılaraq otaqdakı temperaturun -1 dərəcə selsiyə qədər aşağı salınmasına imkan yaradır. Aparılmış təcrübələrə əsasən demək olar ki, isti yay günlərində temperatur 42-45°C olduqda belə otaqdakı temperaturu orta hesabla 10 dərəcə Selsi altında saxlamaq olar. |
Sərbəst iş üçün tapşırıqlar
|