Həssas olan meyvə və tərəvəzləri etilen buraxan məhsullarla bir yerdə saxlamaq olmaz. Özündən etilen qazı buraxan məhsullar:
• Alma;
• Yemiş; • Şaftalı; • Armud; • Gavalı; • Pomidor. Etilen qazı buraxmayan məhsullar:
• Reyhan;
• Badımcan; • Xiyar; • Bibər. Qeyd: etilen qazı buraxan məhsullar kondisionerə yaxın, etilen qazı buraxmayan məhsullar isə qapının ağzında saxlanılmalıdır. Uyğun məhsulları bir yerdə saxlamaq olar. Qarışıq məhsullar saxlanılan zaman aşağıdakı amillər nəzərə alınmalıdır (Şəkil 6.4):
• Havanın temperaturu;
• Nisbi rütubət; • Oksigen və karbon qazı; • İylərdən qorumaq; • Etilendən müdafiə. |
Qeyd: qışda soğan, kartof və kökü soyuqdan qorumaq üçün soyuducudan istifadə etmək olar. Hava çox sərt olarsa, kondisioneri lazımi temperaturda işlədib məhsulların şaxtadan zədələnməsinin qarşısını almaq mümkündür.
Sanitariya
Adətən, təzə meyvə və tərəvəzlərin üzərində xəstəlik törədən mikroorqanizmlər aşkar edilir. Ənənəvi istehsalda xəstəlik törədən mikroorqanizmləri bir çox kimyəvi vasitələrdən istifadə etməklə zərərsizləşdirirlər. Ekoloji təmiz məhsulun saxlanmasında isə ozon, hidrogen peroksid və s. vasitələrdən istifadə edilməsi məsləhətdir.
Meyvə məhsulları soyuducu anbarda təbii hava cərəyanı ilə və həmçinin, tənzim olunan qaz mühiti şəraitində saxlanılır. Saxlanılmağa göndərilən meyvələr qəbul məntəqəsində və ya ekspedisiya şöbəsində çeşidləndikdən sonra anbara yığılır. Yığım zamanı anbarın qapı yerindən uzununa doğru 2 metr enində keçid saxlanılır. Məhsul yığılan yeşiklər və ya rəflər arasındakı məsafə 30 santimetr olmalıdır (havanın yaxşı cərəyan etməsi üçün).