Rütubətə (nəmliyə) nəzarət sonuncu suvarma və məhsul yığımından əvvəl başlayır. Bizim məhsul yığımı sonrası qayğımız məhsul yığımından bir neçə gün əvvəl başlayır və nəzarət etməli olduğumuz ən vacib məsələlərdən biri də sudur! Yarpaqlı göyərti və kahını yığmazdan öncə torpaqda kifayət qədər nəmliyin olmasına əmin olmalıyıq. Çox vaxt məhsul istehsal edən fermer fikirləşir ki, yığımdan əvvəl sahə suvarılmalıdır. Lakin bu, müxtəlif məhsullar üçün müxtəlifdir. Məsələn, kök bitkisinin yığımını asanlaşdırmaq üçün torpaqda kifayət qədər nəmliyin olması vacibdir. Nəmliyin kifayət qədər olması kökün torpaqdan asanlıqla çıxarılmasına səbəb olur.
Pomidor və qovun kimi digər bitkilər üçün isə suvarma azaldılır və ya bütünlükdə dayandırılır. Məsələn, məhsul yığımından əvvəl suyun dayandırılması və ya 1-2 gün öncə pomidorlara su verilməməsi meyvənin dadını yaxşılaşdırır. Pomidoru yığmamışdan 50 saat əvvəl damcı suvarma vaxtını azaldırıq və məhsul yığımından 36 saat əvvəl isə suvarmanı tamamilə dayandırırıq. Məhsul yığımından dərhal sonra suvarmaya yenidən başlayırıq. Yağışdan dərhal sonra yığılmış pomidorla bir neçə günlük quru isti havadan sonra yığılmış pomidorun dadını müqayisə etdikdə nə qədər fərqli olduğunu hiss etmək olar.
Məhsul yığıldıqdan sonra onda olan su itkisi saxlama müddətində meyvənin keyfiyyətinin azalmasına səbəb olur ki, bu da qiymətin aşağı düşməsinə öz təsirini göstərir. Daha çox su itkisinə məruz qalan məhsulların üzərinin nəm örtüklə örtülməsi faydalıdır.
Su itkisinə, xüsusilə, həssas olan məhsullar bunlardır: ərik, böyürtkən, albalı, dəstələnmiş göyərtilər, üzüm, çuğundur, ağ turp, göbələk, yaşıl soğan, şaftalı, gavalı, moruq, qırmızı turp, çiyələk və s. Bunların uyğun qablarda saxlanaraq nəm örtüklə örtülməsi, xüsusilə, məsləhətdir. Saxlama rejiminə düzgün əməl edilməməsi məhsulların keyfiyyətinin azalmasına səbəb olacaqdır.
Saxlamaq üçün hansı məhsulları yumaq olmaz?
Saxlama zamanı xiyar, badımcan, bibər və pomidor yuyulmamalıdır. Bu məhsullar yığıldıqdan sonra kölgədə saxlanmalıdır.
Saxlamaq üçün aşağıdakı məhsulları nəm əski ilə silmək olar:
Qeyd: göyərtilər soyuducu anbarda saxlanarkən vedrə və ya qabın içərisinə ancaq onların kökü çatacaq qədər su tökmək və göyərtiləri həmin qabın içərisində saxlamaq lazımdır.
Etilen qazı
Bəzi meyvələr təbəxxür (meyvənin tərkibində olan suyun buxarlanması) zamanı özündən təbii hormon (etilen qazı) buraxır. Zədələnmiş meyvə daha çox etilen qazı buraxır. Məhsuldan ayrılan etilen qazı meyvə və tərəvəzlərin yetişməsini tezləşdirir, məhsulların saxlanma müddətini azaldır. Odur ki, meyvə və tərəvəzlərin qarışıq halda saxlanmasında bu məsələyə də diqqət yetirilməlidir.