Məhsulun saxlanılması üçün meyvələr, ilk növbədə, çeşidlənir. Saxlamaq üçün davamlı, mexaniki zədəsi olmayan, sortun xarakterik xüsusiyyətləri, forması, dadı, rənginə malik sağlam, xəstəlik və zərərvericilərlə sirayətlənməmiş meyvələr seçilməlidir. Yığım, sortlaşdırma, qablaşdırma qaydalarına əməl edilməklə məhsulun saxlanma müddətini daha çox uzatmaq olar.
6.2.2. Soyuducu anbarda məhsulun saxlanma şəraiti və onun nizamlanması
Məhsulların anbarda saxlanması zamanı havanın temperaturu, rütubət, sanitariya tədbirləri, qablaşdırma, məhsulların çeşidi, etilen qazı (bəzi meyvə və tərəvəzlər tərəfindən fizioloji proseslər nəticəsində ayrılan təbii hormon), soyutma dərəcəsi, su itkisinin qarşısının alınması məsələlərinə diqqət yetirmək lazımdır (Şəkil 6.3). Anbarda məhsulların saxlanması üçün nələrə diqqət yetirilməlidir? Havanın temperaturu Soyuducuda temperaturun düzgün nizamlanması məhsulların köhnəlməsi, rütubət itkisini azaldır, bakteriyalar, göbələklərin inkişafını ləngidir, cücərmənin qarşısını alır. Hər bir məhsulun saxlanmasında temperaturun müəyyən olunmuş normadan yüksək olması məhsulun çürüyərək xarab olmasına, həddən aşağı olması isə məhsulun şaxtadan donaraq məhv olmasına səbəb olur. Aşağıdakı cədvəldə məhsulların soyuducu anbarda saxlanma temperaturları, etilen qazına münasibəti və saxlama müddəti verilmişdir. |