Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Bunlardan hansı istixananın bioloji üsulla qızdırılmasında istifadə edilmir
A) Torf;
B) Peyin;
C) Mazut;
D) Kompost.
Sual 12. Bunlardan hansı istixananın texniki üsulla qızdırılmasında istifadə edilmir
A) Təbii qaz;
B) Elektrik enerjisi;
C) Peyin;
D) Daş kömür.
Sual 13. Verilmiş şəkilə diqqət yetirin, istixananın qızdırılma üsulunu müəyyənləşdirin və
qurğuları ardıcıl sadalayın
A) Bioloji üsul, 1 - rele, 2 - soba, 3 - qazanxana, 4 - filter, 5 - istilik paylayıcı seksiyalar;
B) Texniki üsul, 1 - qazan, 2 - soba, 3 - qazanxana, 4 - termos-çən, 5 - istilik paylayıcı seksiyalar;
C) Texniki üsul, 1 - nasos, 2 - soba, 3 - qazanxana, 4 - filter, 5 - istilik paylayıcı seksiyalar;
D) Günəş vasitəsi ilə qızdırılma üsulu, 1 - nasos, 2 - soba, 3 - qazanxana, 4 - filter, 5 - istilik
paylayıcı seksiyalar.
Sual 14. Tərəvəz becərilən istixanalarda temperatur gecələr nə qədər olmalıdır?
A) 5°C-dən çox olmamalıdır;
B) 15°C-dən aşağı düşməməlidir;
C) 10°C-dən aşağı olmalıdır;
D) 5-10°C hüdudunda saxlanılmalıdır.
Sual 15. Tərəvəz becərilən istixanalarda temperatur gündüzlər nə qədər olmalıdır?
A) 22-30°C hüdudunda saxlanılmalıdır;
B) 35-40°C hüdudunda saxlanılmalıdır;
C) 10-15°C-də saxlanılmalıdır;
D) 5-10°C-də saxlanılmalıdır.