|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Enerji mənbələrindən istifadə edilərək istixanalar bu üsullarla
qızdırılır: günəş
vasitəsi ilə qızdırılma, bioloji yanacaqla qızdırılma və texniki üsulla qızdırılma.
Sual 2. Bioloji üsulla qızdırılmada, istixana qazanxana ilə təchiz edilir və
qızdırıcı boru xətləri çəkilir.
Sual 3. İstixanalarda və parniklərdə istifadə olunan üzvü materialların
mikroorqanizmlər vasitəsilə parçalanması zamanı ayrılan istiliyə bioloji qızdırılma deyilir.
Sual 4. Qış istixanalarında torpaq qızdırılmazsa, məhsulun yetişməsi 10-15 gün
gecikə bilər.
Sual 5. Günəş vasitəsilə və ya bioloji yanacaqla qızdırılma üsulu qış
istixanalarında lazımi istilik almağa kifayət edir.
|
|
Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun:
Sual 6. ......................... yanacaqla qızdırılma üsulunda peyin istixana və ya
parnikin döşəməsinə və ya xəndəklərə tökülür, onun parçalanması nəticəsində ayrılan karbon qazı və buxar
istilik yaradır.
Sual 7. İstixanalarda istifadə olunan istilik sistemləri .................................
metoduna görə belə təsnif olunur: su, hava, buxar, süni infraqırmızı şüalar və torpaqaltı elektriklə
qızdırma metodları.
Sual 8. ........................................ qurğusu-isidicidən (qaz farsunkaları,
elektrik spiralları və s.) ayrılan istiliyin ventilyator vasitəsilə üfürülməsi işini yerinə yetirir. Sual 9.
............................................. qurğusu-vasitəsilə isti-soyuq hava mübadilə olunur.
Sual 10. Xüsusi pərlər, ventilyatorlar ................. ilə isitmədə tətbiq edilir.