5. Müşahidələrin qeydiyyatı və müzakirəsi
|
- Müşahidə apararkən istixananın istilik sisteminin və burada istifadə edilən
avadanlıqların fotolarını çəkin və hər bir foto şəkilə uyğun qeydiyyatlar aparın.
- Müşahidələrinizi ümumiləşdirin və qısa təqdimat hazırlayın.
- Topladığınız məlumatları qrup yoldaşlarınızla müzakirə edin.
|
Praktiki tapşırıq - 1 yerinə yetirmək üçün yoxlama üsulları:
İstifadə edilməli resurslar:
• istixana
• foto aparat
• qeydiyyat üçün kağız və qələm
Praktiki tapşırıq - 1 icrası üçün tələb olunan aşağıdakı cədvələ əks olunan bacarıqlardan hansına sahib
olduğunuzu Bəli, sahib olmadığınızı Xeyr ilə işarə edin.
Qiymətləndirmə ölçüsü
1. Tapşırığa uyğun olaraq müəyyən bir istixana seçdinizmi?
2. İstixananın qızdırılma üsulunu araşdırdınızmı?
3. İstixananın isidilməsi üçün istifadə edilən enerji mənbələrini təhlil etdinizmi?
4. Dibçəkləri hazırladığınız qidalı torpaq qarışığı ilə doldurdunuzmu?
5. İstixananın hava, su, isti buxar və s. metodlarla isidilməsini müəyyənləşdirdinizmi?
6. Müşahidələrinizi ümumiləşdirib, qısa təqdimat hazırladınızmı?
|
|