Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Tapşırığa uyğun olaraq müəyyən bir istixananın seçilməsi
|
- İnternetdən və uyğun ədəbiyyatlarda olan şəkillərdən istifadə edərək müəyyən bir
istixana seçin.
- Yaxud, tapşırığı yaxınlıqda yerləşən bir istixanada yerinə yetirin.
|
- İstixananın qızdırılma üsulunun araşdırılması
|
- Seçdiyiniz istixananın günəş vasitəsi ilə, bioloji yanacaqla və ya texniki üsulla
qızdırılmasına diqqət yetirin.
- Əgər istixanada istilik sistemini təşkil edən avadanlıqlar nəzərinizə çarpmırsa, deməli
bu günəş vasitəsi ilə və ya bioloji yanacaqla qızdırılan istixana hesab edilir.
- Əgər istixanada istilik sistemini təşkil edən avadanlıqlar mövcuddursa, deməli bu
istixana texniki üsulla qızdırılır.
|
- İstixananın isidilməsi üçün enerji mənbəyinin təhlil edilməsi
|
- İstixananın istilik sisteminə diqqət yetirin və burada istifadə edilən qurğu və
avadanlıqları nəzərdən keçirin.
- Əgər istixana qazanxana ilə təchiz edilmişdirsə, qazanxananın təbii qaz, elektrik
enerjisi, mazut və s. enerji mənbələri ilə çalışmasını araşdırın.
- Əgər istixanada istilik sistemini təşkil edən avadanlıqlar mövcuddursa, deməli bu
istixana texniki üsulla qızdırılır.
|
- İstixananın isitmə metodunun araşdırılması
|
- İstixana daxilində olan qurğu və avadanlıqlara diqqət yetirin.
- Ədəbiyyat məlumatlarından istifadə edərək onların adlarını və funksiyasını
müəyyənləşdirin.
- İsidici və istilik paylayıcı qurğulara əsasən istixananın hava, su, isti buxar və s.
metodlarla isidilməsini dəqiqləşdirin.
|