Yaxın ərazilərdə yerləşən istixanalara səfər edin və onların istilik sistemi ilə tanış olun.
İstixananın qızdırılma üsulu (günəş vasitəsilə, bioloji yanacaqla və ya texniki üsulla), enerji
mənbələri və isitmə metodu (hava, su, isti buxar və s.) haqqında məlumatlar toplayın və onları
təhlil edin.
İstixananın mövcud istilik avadanlıqları, onların iş prinsipi ilə tanış olun.