Bağçılıq təsərrüfatının rəqabət qabiliyyətinin təhlili üçün əsas ətraf mühit amilləri aşağıdakılardır:
Qeyd olunan məlumatlar təhlil edildikdən sonra bağçılıq təsərrüfatı və onun gələcək fəaliyyəti üçün güclü və zəif cəhətlər nəzərə alınır, onlara uyğun düzgün qərarlar qəbul edilir, təsərrüfatın fəaliyyət növü seçilir, proqnoz və planlaşdırma aparılır.
Proqnoz - təsərrüfatın mövcud imkanları nəzərə alınmaqla öz məqsədlərinin müəyyənləşdirilməsidir. Bunun üçün təsərrüfatda istehsal edilən məhsul barədə məlumat toplanır, həmin məhsuldan ərazidə nə qədər əkildiyini və bazar imkanlarını və s. öyrənir.
Planlaşdırmada məqsəd torpaqdan və mövcud imkanlardan səmərəli istifadə edilməklə təsərrüfatın istehsal göstəricilərinin müəyyən edilməsi və son nəticələrə nail olmaq üçün fəaliyyətlərin müəyyənləşdirilməsi və qərarların qəbul edilməsidir.
1.1. Bağçılıq sahəsi üzrə əsas xidmət sahələri, təchizatçılar və satış kanallarıBağçılıqda istehsalın uğurlu təşkilində uyğun xidmət sahələrinin rolu böyükdür. Bunlara misal olaraq gübrələmə, suvarma sistemləri üçün avadanlıqlar, istixana konstruksiyaları istehsal edən şirkətlər, gübrə və pestisid istehsalçıları, məhsul toplayan şirkətlər, ixracatçılar və digər satış kanallarını qeyd etmək olar. Bunlar birlikdə bağçılıq sahəsi üzrə dəyər zəncirini təşkil edir.
Bağçılıqda təchizatla bağlı əsas xidmət sahələri aşağıdakılardan ibarətdir: