Kaloriferdən istixana daxilində CO2 yaymaq, temperaturu artırıb-azaltmaq üçün isti və ya soyuq buxar üfürmək məqsədilə də istifadə etmək olar. Buxar vasitəsi ilə qızdırmada xüsusi radiatorlarla təchiz edilmiş kaloriferlərdən istifadə edilir. Bu zaman radiatora daxil olan isti su soyuyaraq dövr edir, radiatorun səthində yaranan rütubət ventilyator vasitəsilə isti buxar şəkilində üfürülür (Şəkil 5.8). Bir çox istixanalarda adi radiator tipli borular tətbiq edilir və onlar isti buxar əmələ gətirərək istixananı qızdırır (Şəkil 5.9).
5.4.3. İstixanaların süni infraqırmızı şüalar vasitəsilə qızdırılması
İstixanaların süni infraqırmızı şüalar vasitəsilə qızdırılması üçün elektriklə işləyən, süni şüa saçan qızdırıcı lampalar tətbiq edilir (Şəkil 5.10). İnfraqırmızı şüa saçan qızdırıcı lampalar uzun dalğalı isti şüaları yerə saçaraq döşəməni qızdırır və buradan istilik ətrafa yayılır. Qızdırıcı lampalar işə düşərkən elə bir təsəvvür yaranır ki, sanki tərkibində xeyirli ultrabənövşəyi şüalar olmayan süni günəşdir. İnfraqırmızı şüa saçan qızdırıcı lampaların üstünlükləri aşağıdakılardır:
|
|
İnfraqırmızı şüa saçan qızdırıcı lampaların çatışmazlıqları aşağıdakılardır: