Hava ilə qızdırma metodu xüsusi qurğular vasitəsilə isidilmiş havanın istixana daxilinə verilməsindən ibarətdir. Bunun üçün kalorifer və konvektorlardan istifadə edilir.
Kalorifer (lat. Calor - istilik və fero - daşıyıram) qurğusu - isidicidən (qaz farsunkaları, elektrik spiralları və s.) ayrılan istiliyin ventilyator vasitəsilə üfürülməsi işini yerinə yetirir (Şəkil 5.6).
Konvektor (lat. convectiō - ötürülmə) qurğusu - vasitəsilə isti-soyuq hava mübadilə olunur. Burada cihazın içərisində isidilmiş hava, aşağıdan daxil olan soyuq havanın təsiri ilə yuxarı qalxır və istixana daxilinə ötürülür. Bu qayda ilə cihazın daxilində istilik mübadiləsi gedir. Kaloriferdən fərqli olaraq konvektorlar da isti havanın ötürülməsi ventilyator hesabına deyil, konveksiya (isti-soyuq hava axınının yerdəyişməsi isə istilik mübadiləsi) yolu ilə baş verir.
Kaloriferdən alınmış istilik ventilyator vasitəsi-lə sürətlə istixanaya verilir və nəticədə istixanada istənilən istiliyi tez bir zamanda almaq mümkün olur (Şəkil 5.7). Havanın dəyişkənliyindən asılı olaraq hava ilə qızdırmada tez bir zamanda temperatur rejmini nizamlamaq mümkün olur. Bu cür isitmə üsulu əsasən plyonkalı yaz istixanalarında tətbiq edilir. Su ilə qızdırılan qış istixanalarında isə əlavə istilik mənbəyi kimi istifadə etmək olar. Təbii qazla işləyən kaloriferlərdə qaz farsunkası yandıqda bəzən insan və bitki üçün zərərli qarışıqlar ayrılır ki, bu da zəhərlənməyə səbəb olur. Odur ki, belə isitmə üsulunda güclü havalandırma sisteminin qoyulması məsləhətdir. Elektriklə işləyən kaloriferlərdə xüsusi qızdırıcı spirallar qoyulur və onlardan ayrılan istilik ventilyatorla istixana daxilinə üfürülür (Şəkil 5.7). |