Sadalanan isitmə metodlarından asılı olaraq istixanalarda tətbiq edilən istilik paylayıcıları aşağıdakı kimi qruplaşdırılır:
İstixanalar, istiliyin alınması üçün istifadə edilən enerji mənbələrinə görə aşağıdakı kimi qruplaşdırılır:
Qeyd: Eyni zamanda bu yanacaq növlərini bir yerdə də istifadə etmək olar.
Texniki üsulla qızdırılan istilik sistemində "istilikdən istifadə əmsalının" yüksədilməsi lazımdır. Bunun üçün hər hansı bir enerji növünün verdiyi istilik və ondan istifadə üsulu nəzərə alınmalıdır. İsitmə sisteminin avtomatlaşdırılması istilik xərcini 20-30 faiz azaldır.
İsitmə sistemini istixanalara elə yerləşdirmək lazımdır ki, digər qurğulara və hərəkətə mane olmasın.
İstilik sistemləri istixananın layihəsindən və yerləşdiyi zonadan asılı olaraq müəyyən edilir. Tərəvəz becərilən istixanalarda temperatur gecələr 15°C-dən aşağı düşməməli, gündüzlər 22-30°C hüdudunda (30°C maksimal temperaturdur) saxlanılmalıdır. Şitil yetişdirilən istixanalarda temperatur gecələr 8°C-dən aşağı düşməməli, gündüzlər isə 20-26°C hüdudunda saxlanılmalıdır. İstixana torpağında (kök sistemi yerləşən qatda) isə temperatur 18-25°C olmalıdır.
İstixanada isitmə sistemini elə yerləşdirmək lazımdır ki, qarın tez əriməsini təmin etsin. Əks təqdirdə 5 millimetr qalınlığnda qar örtüyü şüşəli istixanada işıqlanmanı 12-14 faiz azalda bilər. Müxtəlif isitmə sistemindən və enerji növündən istifadə edərkən təbiəti mühafızə məsələləri nəzərə alınmalıdır. İstifadə olunan yanacaq növü insanların sağlamlığına ziyan vurmamalı və yanğın cəhətdən təhlükəsiz olmalıdır.
Bütün isitmə üsullarında əmək mühafizəsinə riayət etmək üçün işçiləri təlimatlandırmaq lazımdır.
5.4.1. İstixanaların su vasitəsilə isidilməsiSu ilə qızdırmada, isidilmiş su boru xətləri vasitəsilə istixana daxilinə verilir, soyudulmuş su yenidən sirkulyasiya (dövr) edərək yenidən isidilir və proses bu şəkildə davam edir (Şəkil 5.5).