Mal peyini
At peyininə nisbətən daha az məsaməli (sıx) olub, tərkibində quru maddə nisbətən az (13 faiz) olur. Onun tərkibində azotlu maddələr at peyini ilə müqayisədə aşağıdır. Mal peyini gec qızışır və bu zaman ayrılan maksimum temperatur 500C-yə qədər qalxır. Temperatur tez bir zamanda 300C-yə enir ki, bu da parnik və ya istixananı normal qızdımaq üçün kifayət etmir. Mal peyini 50-70 gün ərzində bitkinin tələb etdiyi minimum temperatura qədər istilik verə bilir. Mal peyininin tərkibində olan zərərli göbələklərə qarşı mübarizə üçün onun hər kvadrat metr səthinə 500 qram hesab ilə kül və ya əhəng tökülür. Mal peyini ayrılıqda az istilik verdiyi üçün onu at peyini ilə, yaxud küləş, ağac kəpəyi ilə qarışdırıb vermək lazımdır. Mal peyinindən əsasən yaz istixanalarında, bir qədər gec əkilən parniklərdə bioloji yanacaq kimi istifadə etmək olar.
Qoyun peyini
İstilik versə də, qeyri-bərabər yanır və parnik üçün az yararlı
Torf, kompost və bitki mənşəli tullantılar
Adi halda peyin qədər yüksək istilik vermir. Lakin istiliyi uzun müddət saxlaya bilir. Torf, kompost və bitki mənşəli tullantılar at və mal peyini ilə qarışdırıldıqda daha yaxşı istilik verir. Torf, kompost və bitki mənşəli tullantıları yaz istixanalarında, bir qədər gec əkilən parniklərdə bioloji yanacaq kimi istifadə etmək olar.
Qeyd edək ki, günəş vasitəsilə və bioloji yanacaqla qızdırılan istixanalar və parniklər qış aylarında bitkiləri soyuqdan qoruya bilmir və onların inkişafı zəifləyir. Bu baxımdan havaların soyuq keçdiyi dövrlərdə meyvə-tərəvəz məhsulları yetişdirmək üçün texniki üsulla qızdırılan təkmilləşdirilmiş istixanalardan geniş istifadə edilir.
5.4. İstixanaların texniki üsulla qızdırılmasıHazırda müasir, iri həcmli istixanaların əksəriyyəti texniki üsulla qızdırılır. Burada enerji mənbəyindən, isitmə metodundan və qızdırıcı qurğuların növündən asılı olaraq müxtəlif istilik sistemləri mövcuddur.
İstixanalarda istifadə olunan istilik sistemləri isitmə metoduna görə aşağıdakı qruplara bölünür: