Sadalanan bioloji yanacaq növləri istixana daxilində dərinləşdirilmiş ləklərə və ya xüsusi qazılmış xəndəklərə doldurulur və onların üzərinə torpaq tökülür. Burada havasız şəraitdə onların parçalanması prosesi gedir (Şəkil 5.4). Bioloji yanacaqla əsasən yaz istixanaları, kiçik həcmli parniklər və şitilliklər qızdırılır. Bioloji yanacaq materialının əhəmiyyəti onun intensiv yanması (parçalanması) və bu prosesin uzun müddət davam etməsi ilə xarakterizə edilir. Bunun üçün ən yaxşı material at peyini hesab edilir. Aerob (havasız) şəraitdə onun parçalanması hesabına ayrılan istilik 72-740C qədər qalxır. Peyin bərk tapdandıqda isə oksigen daxil olması zəifləyir və nəticədə bakteriyaların fəaliyyəti zəifləyir, istilik 15-30°C artıq olmur. At peyini Bioloji yanacaq üçün ən yaxşı material at peyini hesab edilir. Aerob (havasız) şəraitdə onun parçalanması hesabına ayrılan istilik 72-74°C qədər qalxır. Peyin bərk tapdandıqda isə oksigen daxil olması zəifləyir və nəticədə bakteriyaların fəaliyyəti zəifləyir, istilik 15-30°C artıq olmur. At peyini başqa peyinlərdən seyrək olması, tez qızışması, çox və uzun müddət istilik verməsi ilə fərqlənir. At peyini yanmağa başladığı ilk 7 gün ərzində ondan ayrılan istilik 74°C-yə qalxır, sonra azalaraq 55°C-yə enir, 50 gündən sonra isə istilik 30°C-yə düşür. At peyininin bu qədər istilik verməsi alaq toxumlarını, xəstəlik və zərərvericilərin törədicilərini məhv edir. At peyini 2,5 ay normal istilik verir. İstiyə daha tələbkar badımcan və pomidor şitilləri yetişdirmək üçün at peyini olmasa yarı mal, yarı at peyinindən istifadə edilməsi əhəmiyyətlidir. Saman İstixana və parniklərdə bioloji yanacaq kimi adi saman kiplərindən də istifadə edilir (Şəkil 5.4). Tədarük zamanı rütubəti 14 faiz olan saman quru, 14-16 faiz olduqda yarım quru, 16-20 faiz rütubətli, 20 faizdən artıq olduqda nəmli hesab edilir. Samanda sellüloza 26-45 faiz olur. |