Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Cərgəarası 70 santimetr və bitki arası məsafə 30 santimetr olduqda bir hektar
pomidor becərilən istixanada nə qədər bitki olur?
A) 50000 bitki;
B) 47619 bitki;
C) 45000 bitki;
D) 48000 bitki.
Sual 12. İstixananın invertar sahəsi 150 kvadrat metr və daxildən unluğu 25 metr olarsa,
istixananın daxili enini tapın.
A) 5 metr;
B) 7 metr;
C) 125 metr;
D) 6 metr.
Sual 13. Qazanxananın istilik gücü 15000 kkal/saat olarsa və istixananı qızdırmaq üçün
istilik vermə qabiliyyəti 9500 kkal/kiloqram olan mazutdan istifadə edilərsə, onda saatlıq yanacaq sərfini
hesablayın.
A) 1,58 kiloqram/saat;
B) 0,63 kiloqram/saat;
C) 5500 kiloqram/saat;
D) 2 kiloqram/saat.
Sual 14. Lent üsulu iki cərgəli tərəvəz bitkisi əkilmişdir. Lentin uzunluğu 10 metr, lentdə
cərgəarası məsafə 70 santimetr və bitkiarası məsafə 25 santimetr təşkil edir. Bir lentdə olan bitkilərin
sayını hesablayın?
A) 70 bitki;
B) 80 bitki;
C) 50 bitki;
D) 100 bitki.
Sual 15. Fərz edək ki, eni 6 metr və uzunluğu 9 metr olan istixanada cərgəarası 60
santimetr olmaqla bitki əkilmişdir. İstixanada bitkilərin damcı üsulu ilə suvarılması üçün tələb olunan
cərgəarası polietilen boruların uzunluğunu tapın.
A) 70 metr;
B) 80 metr;
C) 90 metr;
D) 100 metr.