Praktik tapşırıq - 1 icrası üçün tələb olunan aşağıdakı cədvələ əks olunan bacarıqlardan hansına sahib
olduğunuzu Bəli, sahib olmadığınızı Xeyr ilə işarə edin
Qiymətləndirmə ölçüsü
1. Pomidor bitkisi üçün tələb olunan işıqlanma dərəcəsini müəyyən etdinizmi?
2. Bitkilərin normal işıq almaları üçün tələb olunan işıq selini hesabladınızmı?
3. İşıq itkisinin müəyyən etdinizmi?
4. İstixananı işıqlandırmaq üçün tələb olunan işıq lampalarının sayını hesabladınızmı?
|
|
|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Lüks - işıqlanan səthin işıqlanma dərəcəsini ifadə edən ölçü vahididir.
Sual 2.
Lümen - işıqlanan səthin işıqlanma dərəcəsini ifadə edən ölçü vahididir.
Sual 3. İstixanada torpaqsız becərmə üsulunda (hidroponika) bitkilərin gübrələrə olan
tələbatı hesablanarkən torpaqda və peyində olan qida maddələrindən istifadə edilməsi nəzərə alınır.
Sual 4. Kkal (kilokalori) təzyiqin ölçü vahididir
Sual 5. Çöldən ölçməklə, istixananın eninin uzununa vurulmasından alınan sahə invertar sahə
adlanır.
Aşağıda verilmiş cümlələrdə boşluqları doldurun:
Sual 6. İstixananın ................................. sahəsi əsasən üzərində bitki
becərilən sahə hesab edilir.
Sual 7. İstixananı işıqlandırmaq üçün ümumi tələb olunan işıq selini istifadə olunacaq
lampanın işıq selinə bölməklə ................................ sayı tapılır.
Sual 8. Tələb olunan ümumi bitki sıxlığını (bitkilərin sayı) bir lentdə olan
.............................. sayına bölməklə istixanada olan lentlərin sayı tapılır.
Sual 9. İstixanalarda istifadə edilən 36 Vatt gücündə lüminesent lampaların işıq
.............. təxminən 3350 lümen təşkil edir.
Sual 10. .................................... sahəsi - daxildən ölçməklə, istixananın
eninin uzununa vurulmasından alınan sahədir.