Bir hektar pomidor becərilən istixananın işıqlandırılması üçün süni
işıq lampalarına olan tələbatın hesablanması
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Pomidor bitkisi üçün tələb olunan işıqlanma dərəcəsinin müəyyən edilməsi
|
- Pomidor bitkisi üçün normal işıqlanma dərəcəsini 10000 lüks götürün.
|
- Bitkilərin normal işıq almaları üçün tələb olunan işıq selinin lumen ilə hesablanması
|
- İşıqlandırılacaq sahəni müəyyən edin.
- Tələb olunan işıqlanma dərəcəsini işıqlandırılacaq sahəyə vurmaqla işıq selini
hesablayın.
|
3. İşıq itkisinin müəyyən edilməsi |
- İşıq lampalarının quraşdırıldığı hündürlükdən asılı olaraq itkini hesablayın və işıq
selinin normasını artırın.
|
- İstixananı işıqlandırmaq üçün tələb olunan işıq lampalarının sayının hesablanması
|
- Müəyyən gücə və işıq selinə malik işıq lampasını seçin.
- Tələb olunan işıq selini istifadə olunacaq lampanın işıq selinə (axını) bölməklə 1
hektar istixananı işıqlandıracaq lampaların sayını tapın.
|