Bir cərgədə olan bir boru kəmərinin sərf etdiyi su belə hesablanır (Düstur 4.24):
Fərz edək ki, bir magistral boru kəməri ilə su bir birindən 1,4 məsafədə (c) yerləşən 70 metr uzunluğunda (L) olan 18 ədəd (k) lentə verilir. Bu zaman damcı üsulu ilə suvarılacaq sahə belə tapılır (Düstur 4.25):
Bir saatda (t = 1) ümumi lentlər üzrə su sərfi aşağıdakı kimi hesablanır (Düstur 4.26):
𝑽𝟏=𝐭∗𝐐∗𝐝=𝟏∗𝟐𝟕𝟏.𝟐𝟓=𝟒𝟖𝟖𝟐.𝟓 𝐥𝐢𝐭𝐫 ≈𝟒.𝟖𝟖 𝐦𝟑
Məlum olur ki, 0.18 hektar istixana sahəsində 18 ədəd lent üzrə 1 saatda 4,88 kub metr su sərf olunacaq. Lakin bir qədər öncə hesabladıq ki, bitkiyə lazım olan faktiki suvarma suyunu torpağa vermək üçün 7,29 saat tələb olunur. Onda bu müddət ərzində 0,18 hektar sahəyə veriləcək su norması aşağıdakı kimi, hesablanır (Düstur 4.26):
𝒎=𝑽𝟏∗𝒕=𝟒.𝟖𝟖∗𝟕.𝟐𝟗=𝟑𝟓.𝟔 𝒎𝟑
Düstur 4.27 saylı formula üzrə alınan rəqəm 0,18 hektar sahəni suvarmaq üçün tələb olunan suyun miqdarını göstərir. Lakin 1 hektar sahə üzrə suvarma suyunun norması aşağıdakı kimi hesablanır (Düstur 4.27):
m = V1 * t
F = 4.88 * 7.29
0.18 = 197.7 m3 / ha
Aparılan hesablamaların nəticəsi onu göstərir ki, lentlərarası məsafə 1,4 metr, bu lentlərdə olan plastik boruların uzunluğu 70 metr, lentdə olan damcıladıcılararası məsafə 40 santimetr, bir damcıladıcının su sərfi 1,55 litr/saat olarsa, bitkinin tələb etdiyi suya əsasən, 1 hektar sahəni 50 santimetr dərinliyində damcıvari üsulla nəmləndirmək üçün 197,7 kub metr/hektar su və bu suyu sahəyə vermək üçün təxminən 7,29 saat vaxt tələb olunur.
Qeyd: İstixanada torpaqsız becərmə üsulunda (hidroponika) bitkilərin suvarma suyuna olan tələbatı yuxarıda qeyd olunan ardıcıllıqla hesablanır. Sadəcə həmin hesablamada torpaqda deyil, süni substratda olan nəmlik öyrənilir. Burada torpaqda becərmə üsulu ilə müqayisədə suvarma suyu daha çox sərf edilir.