Damcıvari üsulda tələb olunan suvarma suyunun miqdarının hesablanması üçün lent və ya cərgələr üzrə su sərfini, torpağın nəmlik ehtiyatını, bitkilərin suya tələbatını və suvarma vaxtını nəzərə almaq lazımdır.
Damcıvari suvarmada bir lent üzrə suyun sərfini müəyyən etmək üçün aşağıdakı formuladan istifadə olunur (Düstur 4.20):
Misal: Fərz edək ki, bir damcıladıcının sərf etdiyi su (qram) 1,5 litr/saat, cərgəarası və ya lentlərarası məsafə (litr) 80 santimetr və lentdə olan damcıladıcılar arası məsafə (x) isə 40 santimetrdir. Onda bir lent üzrə saatda sərf olunan suyun miqdarı aşağıdakı kimi olar:
Suvarma suyunun daha dəqiq norması və suvarma vaxtı əsasən torpağın nəmlik ehtiyatına, onun həcm kütləsinə (sıxlığına) və nəmləndiriləcək torpaq qatının hündürlüyünə əsasən təyin olunur. Belə olan halda bitkiyə çatışmayan faktiki suyun miqdarını müəyyən etmək mümkün olur. Suvarma vaxtı isə torpağın tarla rütubət tutumuna əsasən təyin edilir. Əksər bitkilər üçün suvarma qabağı nəmlik (faiz) torpağın tarla rütubət tutumunun 70 faizinə bərabər və ya ondan aşağıdırsa, onda bu suvarmanın vaxtının yetişdiyini göstərir. Torpağın tarla rütubət tutumu onun özündə ən çox saxlaya biləcəyi suyun miqdarına deyilir və faizlə ölçülür. Laboratoriya şəraitində xüsusi gilizlər vasitəsi ilə torpaq isladılır və mütəmadi olaraq çəkilir. Alınan sabit rəqəm torpağın quru çəkisinə görə onun nəmliyini göstərir və bu göstərici torpağın tarla rütubət tutumu hesab olunur.
Torpağın nəmlik ehtiyatına əsasən (suvarma qabağı nəmlik tarla rütubət tutumunun 70 faiz həddində) bir lent üzrə tələb olunan suyun miqdarı aşağıdakı kimi tapılır (Düstur 4.21):