İstixana üçün polietilen boruların sərfiyyat normasını hesablamaq olduqca asandır. Bunun üçün magistral kəmər və cərgəarası borular tələb olunur. Uzunluğu daha çox olan sahələrdə magistral boruların sayını artırmaq mümkündür. Damcıvari suvarma sistemində daha çox boru cərgəarası lentlərə sərf olunur. Cərgəaralarında paylayıcı boruların sərfiyyat norması aşağıdakı kimi hesablanır (Düstur 4.19):
Burada:
Lb ümumi əkin sahəsi üçün tələb olunan cərgəarası və ya lentlər üzrə borunun uzunluğu, metr; 10000 - bir hektar sahə kvadrat metrlə;
Lc - bitkinin əkin sxeminə uyğun olan cərgəarası və ya lentlərarası məsafə, metr;
S - istixanada bitki əkiləcək ümumi sahə, hektar.
Misal: Fərz edək ki, 2 hektar sahəsi olan istixanada cərgəarası və ya lentlərarası məsafə 1
metr olmaqla damcıvari suvarma üsulu ilə pomidor əkmək planlaşdırılır. Belə olan halda Lc = 1
metr və S = 2 hektar təşkil edir. Onda L b 10000
1
⋅ 2 = 20000 m. Deməli, 2 hektar sahə üçün
20000 metr uzunluğunda cərgəarası və ya lentlər üzrə paylayıcı borular tələb olunur. Hazırda
istixanalarda diametri 15-20 millimetr və qalınlığı 1 millimetr olan polietilen borular istifadə
olunur və 100 metr uzunluğunda olan belə boruların çəkisi 5 kiloqram təşkil edir. Onda qeyd
olunan misal üzrə 2 hektar istixanada damcı üsulu ilə suvarma aparmaq üçün 1 ton cərgəarası
polietilen boru tələb olunur.
Hazırda daxili bazarlarda mövcud olan damcıvari suvarma üçün boruların bəzi parametrləri aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 4.3).
Məhsul № | Borunun ölçüləri (DxS, millimetr) |
Damcıladıcının uzunluğu, (millimetr) |
Damcının axma sürəti, (litr/saat) |
Damcıladıcılar arası məsafə, (millimetr) |
1 | 12x0,9 | 36 | 1,5 | 190-200 |
2 | 16x1,1 | 36 | 2,0 | 285-315 |
3 | 16x1,1 | 40 | 4,0 | 475-525 |
4 | 20x1,2 | 40 | 2,0 | 710-790 |
5 | 20x1,2 | 40 | 4,0 | 950-1050 |