3) Pomidor bitkisi orta hesabla mineral gübrələrdən 70 faiz azot, 15 faiz fosfor və 80 faiz kalium mənimsəyir. Gübrənin tərkibində olan qida maddələrindən bitkinin istifadə əmsalını nəzərə alaraq gübrənin verilmə norması artırılır.
Gübrələr bitkinin bioloji xüsusiyyətlərindən və təsərrüfatın imkanlarından asılı olaraq seçilməlidir. Əgər ammonium nitrat (34 faiz), ikiqat superfosfat (45 faiz) və kalium sulfat (50 faiz) istifadə olunursa yuxarıdakı təsiredici maddə hesabı ilə olan gübrə normalarını fiziki çəkiyə çevirib torpağa vermək lazımdır:
Hesablamanın nəticələrinə əsasən məlum olur ki, 1 hektar istixana sahəsindən 250 ton pomidor məhsulu götürmək üçün mövsüm ərzində fiziki çəkidə 2710.1 kiloqram ammonium nitrat, 2667 kiloqram ikiqat superfosfat və 3251.3 kiloqram kalium sulfat gübrələri tələb olunur.
Qeyd: İstixanada torpaqsız becərmə üsulunda (hidroponika) bitkilərin gübrələrə olan tələbatı yuxarıda qeyd olunan ardıcıllıqla hesablanır. Sadəcə həmin hesablamada torpaqda və peyində olan qida maddələrindən istifadə edilməsi nəzərə alınmır. Burada əsasən suda həll olan gübrələrdən istifadə edilir. Yekunda hesablanmış illik və ya mövsümi gübrə normaları bitkinin vegetasiya müddətinə uyğun olaraq az-az normalarla suvarma suyuna qarışdırılır və damcı üsulu ilə bitkilərə verilir.
Artıq son dövrdə sudan səmərəli və qənaətlə istifadə olunması məqsədilə istixanalarda damcılı suvarma sistemi geniş tətbiq edilir. Damcıvari suvarmada polietilen borularla su damcılarla bir başa bitkinin qida sahəsinə verilir.