İstixanada becərilən bitkilərin gübrələrə olan tələbatı əsasən planlaşdırılmış məhsula görə müəyyən edilir. Bu üsulla gübrə normasını təyin edən zaman aşağıdakıları nəzərə almaq lazımdır:
Misal: İstixanada becərilən pomidor bitkisinin planlaşdırılan məhsula görə mövsümü olaraq gübrələrə olan tələbatını hesablayaq. Fərz edək ki, mövsüm ərzində 1 hektar istixana sahəsindən 250 ton pomidor məhsulunun götürülməsi planlaşdırılmışdır. Burada pomidor torpaqda becərilir və şərti olaraq qəbul edək ki, 100 qram torpaqda 5 milliqram P2O5 və 6 milliqram K2O vardır.
Təcrübələrlə sübut edilmişdir ki, 10 ton məhsulla pomidor bitkisi orta hesabla torpaqdan 27,3 kiloqram azot, 9 kiloqram P2O5 və 58,5 kiloqram K2O aparır. Məhsuldarlıq 250 ton/ha olduqda isə hektardan 682,5 kiloqram N, 225 kiloqram P2O5 və 14623 kiloqram K2O aparılır.
1 hektar istixana altında 30 santimetr dərinlikdə torpaqda mütəhərrik fosforun miqdarı (5*30)-150 kiloqram və mübadilə olunan kaliumun miqdarı isə (6*30)-180 kiloqramdır. Pomidor bitkisi torpaqda olan fosforun 10 faizini və kaliumun isə 30 faizini istifadə edir ki, bu da 15 kiloqram fosfor və 54 kiloqram kaliuma bərabərdir.
Verilmiş şərtləri nəzərə alaraq hesablama aparaq:
1) Torpaqda olan qida maddələrini nəzərə alaraq, planlaşdırılmış məhsulu əldə etmək üçün 1 hektar istixana altında olan torpağa aşağıdakı miqdarda qida maddələri vermək lazımdır:
225-15 = 210 kiloqram P2O5
1463-54 = 1409 kiloqram K2O
Pomidor sahəsinə 30 ton peyin verildikdə, onun da tərkibində 0,5 faiz N, 0,25 faiz P2O5 və 0,6 faiz K2O vardır. Beləliklə, 30 ton peyinlə hektara 150 kiloqram azot, 60 kiloqram fosfor və 180 kiloqram kalium verilmiş olur. Əksər bitkilər, o cümlədən pomidor bitkisi birinci il peyinin tərkibindən 25 faiz azot, 40 faiz fosfor və 60 faiz kalium mənimsəyir ki, bu da 37,5 kiloqram azota, 30 kiloqram fosfora və 108 kiloqram kaliuma bərabərdir.
2) Peyində olan qida maddələrini nəzərə alaraq, planlaşdırılmış məhsulu əldə etmək üçün 1 hektar istixana altında olan torpağa aşağıdakı miqdarda qida maddələri vermək lazımdır: