Burada: P - İstixananı işıqlandıran bütün lampaların tələb etdiyi ümumi elektrik gücü, Vatt L - İstixanada işıqlandırılan yerin uzunluğu, metr H - İstixanada işıqlandırılan yerin eni, metr; B - İstixanada bitkilərə lazım olan işıqlandırma dərəcəsi, lüks; K - lampa ilə bitki arasında olan məsafədən asılı olaraq işıq itkisini ifadə edən əmsal; S - Lampanın işıq ötürməsi, lümen/Vatt. Fərz edək ki, uzunluğu 10 metr (L) və eni 5 metr (H) olan, pomidor becərilən qış istixanasını 10000 lüks (B) işıqlanma dərəcəsində normal işıqlandırmaq üçün elektrik gücü 250 Vatt (W), işıq ötürməsi 108 lümen/Vatt (B) olan DNAT 250 lampalarından istifadə edilir. Bu lampaların bitkinin yuxarı uc nöqtəsindən təxminən 60 santimetr hündürlükdə quraşdırıldığını nəzərə alaraq işıq seli təxminən 2 dəfə (K) azalır. Onda qeyd olunanları nəzərə alaraq pomidor becərilən qış istixanasını 10000 lüks (B) işıqlanma dərəcəsində normal işıqlandırmaq üçün tələb olunan ümumi elektrik gücü aşağıdakı kimi hesablanır: |
P = 𝐋∗𝐇∗𝐁∗𝐊
S = 𝟏𝟎∗𝟓∗𝟏𝟎𝟎𝟎𝟎∗𝟐𝟏𝟎𝟖
108
= 9259Vt
İstixananı süni işıqla təmin etmək üçün tələb olunan ümumi elektrik gücünü istifadə olunacaq lampanın gücünə bölməklə, lampaların sayı tapılır (Düstur 4.18).
𝑵𝒍𝒂𝒎𝒑𝒂 = P
W =
9259
250 = 𝟑𝟕 𝒍𝒂𝒎𝒑𝒂
Hesablamadan aydın olur ki, uzunluğu 10 metr (L) və eni 5 metr (H) olan, pomidor becərilən qış istixanasını 10000 lüks (B) işıqlanma dərəcəsində normal işıqlandırmaq üçün elektrik gücü 250 Vatt və işıq ötürməsi 108 lümen/Vatt olan 37 ədəd DNAT 250 markalı lampalar tələb olunur. Elektrik enerji xərcləri yuxarıda qeyd olunan misalda olduğu kimi hesablanır.