iştirak edə bilməyənlərdən "peşmanlıqdan
təmizlənmək üçün
pul", "pulla günahların bağışlanması"
kimi dindən sui-istifadəni
sübut edən vergilərin yığılması
papaları gözdən saldı. Onlara
olan inam və etibar azaldı. Bu
da gələcəkdə Avropada dini
islahat tərəfdarlarının meydana
çıxmasına səbəb oldu.
Xaçlı dövlətlərin qurulması
Şərqdə xristianlığın yayılması
üçün missionerlik fəaliyyətinə
təkan verdi. Xristian Qərb
dünyası müsəlman türklərlə
apardığı savaşlarda onları
yaxından tanımaq imkanı əldə
etdi. Türklərin döyüşkənliyini
yüksək qiymətləndirən xaçlı salnamələrinin
birində "türklərdən
və franklardan başqa heç kəsin
cəngavər ola bilməyəcəyi" iddia
edilir və göstərilirdi ki, "türklər
xristian olsa idilər, qüdrət, igidlik
və savaş elmində heç kim onlara
bərabər ola bilməzdi".
|
Avropa xalqlarının xarici aləmi
tanımalarında xaç yürüşlərinin
böyük rolu oldu. Şərq ölkələri
ilə ticarət canlandı, burada
istehsal olunan mallara tələbat
artdı. Bu vəziyyət Avropada
nəqliyyat, gəmiçilik və bankçılıq
kimi sahələrin inkişafını təmin
etməklə yanaşı, həm də coğrafi
kəşflərin əsas şərtlərini hazırladı.
Xaçlı yürüşləri islam dünyasının
elm, texnika və mədəniyyət
sahələrindəki nailiyyətlərinin
Qərbə ötürülməsində əsas
vasitə oldu. Avropalıların məişət
həyatında və gündəlik gigiyena
qaydalarında dəyişikliklərə
gətirib çıxardı. Bir sözlə, xaçlı
yürüşlərinin Şərq ölkələrinə bəxş
etdiyi bədbəxtliklər üzərində
avropalıların gələcək firavan
həyatının təməli qoyuldu.
|
Xaçlı yürüşlərinin nəticələri
ilə bağlı sxem hazırlayın.
|
|
"Papa II İohan Pavel(
1978-2005) müsəlmanlardan,
yəhudilərdən və
Şərq xristianlarından katolik
kilsəsinin keçmişdə işlədiyi
günahlara görə üzr istəmiş,
inkvizisiya məhkəmələrində
və xaç yürüşlərində din
adına işlənən işgəncə və
cinayətlərdən ötrü bağışlanmaq
məqsədilə: "Biz bağışladıq
və sizin də bağışlamağınızı
istəyirik", - demişdir.
İbrahim Edhem Polat
“Doğu və Batı" kaynaklarında
Haçlı səfərlərində
yaşanan insanlık ihlalleri”.
Uluslararsı suçlar və tarik
dergisi.
|
Papanın sözləri nəyi
sübut edir?
|
|
Roma papaları II Urbanla
II İohan Paveli
müqayisə edin.
|
|