Avropada
müsəlmanlara qarşı xaçlı yürüşləri VIII yüzilliyin əvvəllərində ərəblərin Pireney yarımadasını işğal etməsi nəticəsində burada Kordova əmirliyi yaradıldı. Abbasilər sülaləsi hakimiyyətə gəldikdən sonra onlardan asılılığı qəbul etməyən əmirlik bir müddət sonra Kordova xilafəti adlandırılmağa başladı. Ərəblərin hakimiyyəti dövründə İspaniyada sənətkarlıq və ticarət tərəqqi etmiş, şəhərlər yüksəliş dövrü keçirmişdir. Bu da, öz növbəsində, mədəniyyətin inkişafına təsir göstərmişdir. Avropa ölkələri Kordova xilafəti vasitəsilə müsəlman alimlərinin müxtəlif elm sahələrinə dair əsərləri ilə tanış olmuşlar. Roma papaları xristian əhalini buradakı müsəlman və yəhudilər üzərinə xaçlı yürüşünə təşviq edirdilər. Pireney yarımadasında başlayan rekonkista (ərəblərin hakimiyyəti altında olan ərazilərin geri alınması) hərəkatının nəticəsində Kordova xilafəti XI yüzilliyin əvvəllərində bir sıra əmirliklərə parçalandı. |
Yarımadanın müxtəlif ərazilərində Kastiliya, Araqon kimi ispan dövlətləri və Portuqaliya krallığı meydana gəldi. Papalıq rekonkista hərəkatını "xaçlı yürüşü" elan edərək Avropa cəngavərlərini "aypara"ya qarşı "müqəddəs" müharibədə igidlik göstərməyə çağırırdı. Aralarında birlik olmayan müsəlman əmirlikləri bir-birinin ardınca xristian dövlətlər tərəfindən ələ keçirildi. Ərəblərin əlində yalnız Qranada əmirliyi qaldı. 1479-cu ildə Araqon və Kastiliya krallıqları vahid dövlətdə birləşdi. Bu hadisə İspaniyada kral hakimiyyətinin güclənməsində mühüm addım oldu. Ölkə daxilində mövqelərini möhkəmləndirən ispan kralları əsas zərbəni Qranada əmirliyinə qarşı yönəltdilər. Uzun sürən müharibədən sonra 1492-ci ildə Qranada təslim oldu. Ərəblər Qranadanı onların və yəhudilərin mülkiyyətləri ilə yanaşı, dini azadlıqlarının saxlanılması şərtilə təslim etsələr də, ispanlar verdikləri vədlərə əməl etmədilər. Müsəlmanlar və yəhudilər ya xristianlığı qəbul etməli, ya da ki İspaniyanı tərk etməli idilər. Onların böyük hissəsi Afrikaya köçdü. Qranadanın süqut etməsi ilə bütün Pireney yarımadası, Portuqaliya istisna olmaqla, ispan krallarının əlinə keçdi. |
Xaçlı yürüşlərinin
nəticələri
XI—XIII yüzilliklərdə baş vermiş xaçlı yürüşləri Şərq ölkələrinə böyük dağıntılar və fəlakətlər gətirdi. Hər yerdə talançılıq və qətliamlarla müşahidə olunan bu yürüşlər zamanı kənd təsərrüfatına, şəhər həyatına, mədəniyyətə, sənətkarlıq və ticarətə sarsıdıcı zərbə vuruldu. Müsəlmanların, yəhudilərin və Şərq xristianlarının amansızlıqla qətl edilməsi bölgə əhalisinə qorxu hissi aşılamaqla yanaşı, burada yaradılan xaçlı dövlətlərin təhlükəsizliyini təmin etmək məqsədinə xidmət edirdi. Xaçlıların törətdikləri vəhşiliklər, verdikləri vədlərə əməl etməmələri və bağladıqları sazişləri birtərəfli qaydada pozmaları şərqlilərdə avropalılara qarşı inamsızlıq yaratdı. Bizanslıların və müsəlmanların "frank" adlandırdıqları katoliklərin nümayiş etdirdiyi qeyri-insani davranışlar, Qərbdən kömək istəyən Bizans imperatorlarını məyus etdi. IV Xaçlı yürüşündən sonra Bizans Aralıq dənizində ticarət üstünlüyünü itirdi. Bundan sonra o, Venesiya və Genuya kimi İtaliya şəhər-dövlətləri ilə rəqabət apara bilmədi. |
Xaçlı yürüşlərindən daha çox faydalanan papalıq Qərbi Avropanın ən zəngin sərvət sahibinə çevrildi. Birinci xaçlı yürüşündən sonra nüfuzu artan Roma papaları bu gücdən və sərvətdən düzgün istifadə edə bilmədilər. Xaçlı yürüşlərində |