Bu yürüş zamanı Səlcuq
ordusunun göstərdiyi
davranış hər cür tərifə
layiqdir. Səlcuqlar zərbə
vura-vura fransız ordusunu
Dənizlidən Antalyaya qədər
izlədi. Burada son zərbəni
vurmaq üçün hərəkətə
keçəndə dəhşətli mənzərə
ilə qarşılaşdı: xaçlılar artıq
döyüşə bilməyəcək qədər
ac, xəstə və yorğun idi.
Xaçlı ordusunun bu vəziyyətini
görən türklər rəhmə
gəlib birdən-birə döyüşü
dayandırdılar. Onlar
açları yedizdirib, xəstələri
müalicə etdilər, onlara pul
payladılar. Bu vəziyyətdən
son dərəcə təsirlənən 3
min fransız gənc səlcuqların
himayəsinə sığınaraq
müsəlman oldu. Yürüşdə
iştirak edən kralın keşişi
bu vəziyyəti belə ifadə
etmişdi: "Ey xəyanətdən
daha qəddar olan rəhmət!
Müsəlmanlar çörək verməklə
xristianlardan dinini
satın aldılar. Halbuki türklər
onları müsəlman etmək
üçün heç bir zor tətbiq
etmədilər".
Osman Turan. “Səlcuqlular
zamanında Türkiyə“
İngiltərə və Fransa kralları Qüdsə getmək üçün dəniz yolundan istifadə edərkən Müqəddəs Roma imperatoru Fridrix Barbarossa quru yoluna üstünlük verdi. Anadoluda qırğınlar törədən |
alman ordusu Konya şəhərini
ələ keçirib dağıntılara məruz
qoydu. Göysu çayını keçərkən
alman imperatorunun suda
boğulub ölməsi nəticəsində
ordu dağıldı. Suriya və Fələstin
əhalisi böyük bir fəlakətdən xilas
oldu. İngilis və fransız krallarının
da Qüdsü ələ keçirmək istəyi
baş tutmadı.
Ərəb tarixçisi İbn əl-Əsir
öz əsərində imperatorun
ölüm xəbərini belə qələmə
alır: "Alman imperatoru
yuyunmaq üçün çaya girdi
və suyun belinə belə çatmadığı
bir yerdə boğuldu.
Beləcə, Allah müsəlmanları
onun şərindən qorudu".
Öndər Koya. “Avropa tarixi“
Romanın xristianlığın tək mərkəzi olmasını istəyən Papa III Innokenti növbəti xaçlı yürüşünün təşkilatçılığını öz üzərinə götürdü. O, yürüşün məsrəflərini qarşılamaq üçün yeni vergi təyin etdi. Səfərin Misir üzərinə olması qərarlaşdırıldığından çoxlu gəmiyə ehtiyac var idi. Aparılan danışıqlar nəticəsində Venesiya lazım olan köməyi verəcəyini bildirdi. |
1202-1204-cü illərdə IV Xaçlı yürüşü baş verdi. Venesiyanın təkidi ilə xaçlı ordusu marşrutu dəyişib Konstantinopola hücum etdi. 1204-cü ildə Konstantinopolu ələ keçirən xaçlılar burada Latın imperiyasını yaratdılar (1204-1261). Yalnız 57 il sonra latınlar buradan qovuldu və Bizans imperiyası bərpa edildi. Konstantinopolda törədilən vəhşiliklər xaç yürüşlərinin siyasi məqsədlərini daha qabarıq şəkildə büruzə verdi. Müqəddəs Sofiya kilsəsinin qarət olunması isə özlərini "din uğrunda müqəddəs müharibənin iştirakçıları" kimi təqdim edən xaçlıların əsil simasını açıb göstərdi. XIII yüzilliyin sonlarınadək Şərqə doğru daha dörd yürüş təşkil olunsa da, sonda xaçlılar müsəlman ölkələrində əldə etdikləri bütün torpaqlardan qovuldular.
|