Bunun üçün ağla gələn ən uyğun
yer o dövrdə müsəlmanların
əlində olan müqəddəs
torpaq, yəni Qüds idi. Beləliklə,
papalığın əsas hədəfi məlum
oldu. Bundan sonra bütün ruhanilər
dini motivlərdən güclü
təbliğat materialı kimi səmərəli
istifadə etdilər. Xüsusən İsanın
qəbrinin "kafirlərin" əlində
olmasından xəcalət çəkdiklərini
bildirirdilər. Günahları yumaq
üçün Xaçlı yürüşünə qoşulmağın
ən böyük savab olacağı
təbliğ olunurdu.
Şüurlarda və düşüncələrdə
"küçələrində süd və bal axan
Qüds" əfsanəsi yaratmaq üçün
səy göstərilirdi. Bu təbliğatlarda
feodalları valeh edən "Şərqdə
hakimiyyət, hökmdarlıq,
şöhrət, var-dövlət və torpaq
sahibliyi" xəyalı idi. Göründüyü
kimi, din xadimlərinin təbliğatlarında
vəd etdikləri imkanlar o
dövrdəki insanların ehtiyac və
tələblərinə uyğun olduğu üçün
bu şişirdilmiş və xəyali vədlərin
mülki və hərbi kütlələrə son
dərəcə böyük təsiri oldu. Onlar
təbliğatlarında dini motivlərdən
bir vasitə kimi istifadə
etsələr də, əsas məqsədləri
dini yox, siyasi idi.
Katolik kilsəsinin provaslav kilsəsi üzərində hakim olmaq istəyi xaç yürüşləri başlamazdan əvvəl meydana çıxmışdı. Hələ 1054-cü ildə xristian kilsəsinin bölündüyü katolik (Qərb) və pravoslav (Şərq) məzhəblər bir-birinin amansız rəqibi və əleyhdarı oldu. |
Papanın başçılıq etdiyi katolik
kilsəsi Qərb xristian dünyasını
xaç yürüşlərinə hazırlayarkən
türk axınlarına qarşı dura
bilməyən pravoslav kilsəsinə
bağlı Bizans imperatorları
Papadan davamlı olaraq hərbi
yardım istəyirdilər. Papalar bu
yardım xahişini latın (katolik)
kilsəsinin üstünlüyünü yunan
(pravoslav) kilsəsinə qəbul
etdirmək üçün bir fürsət kimi
gördülər və bunu öz xeyirlərinə
dəyərləndirməyə başladılar.
1091-ci ildə peçeneqlər
Konstantinopolu ələ keçirmək
üçün Bizansa hücum edəndə
imperator Roma papasına
müraciət etdi. Bu yardım tələbi
Papanın xristian dünyasını
səfərbər etmək üçün istifadə
etdiyi ən mühüm bəhanələrdən
biri oldu.
Avropada bir-birinin ardınca baş verən böyük təbii fəlakətlər və epidemiyalar Xaçlı yürüşlərinin başqa bir səbəbini formalaşdırdı. |
Aclıq, xəstəlik, səfalət və özbaşınalıq
cəmiyyəti məhv edirdi.
Məhz buna görə də kilsənin
təbliğatı xilas yolu axtaran insanlara
böyük təsir göstərirdi.
Bizansın təkidlə kömək istəməsi
də katolik kilsəsini hərəkətə
gətirdi. Papa II Urbanın 1095-ci
ildə Klermonda etdiyi çağırış
xaçlı yürüşlərinin başlanmasına
səbəb oldu.
Şərqə doğru
xaçlı yürüşləri
Şərqə doğru yürüşə çıxmazdan əvvəl Avropada yaşayan yəhudilər xaçlıların əsas hədəfinə çevrildi.
Hücuma məruz qalmış
yəhudilərdən biri şahid
olduğu hadisələr barədə
yazırdı: "Şəhərdəki yəhudilər
qətllərdən qorunmaq
ümidi ilə yepiskopa müraciət
etdi. Yepiskop onları
öz evində yerləşdirdikdən
sonra qətlləri törədən
dəstəyə xəbər verdi. Onlar
qapının kilidini qırıb ox və
mizraqlarla evdə gizlənən
yəhudilərə hücum etdilər.
Xeyli yəhudi öldürüldü. Qadınlara
və körpə uşaqlara
da rəhm edilmədi".
İbrahim Edhem Polat.
“Doğu ve Batı kaynaklarında
da. Haçlı Seferlerinde
yaşanan insanlık ihlalleri”.
Uluslararası suçlar ve
tarik dergisi
|