1402-ci ildə baş verən Ankara
döyüşündə I Bəyazid ilə Əmir
Teymurun qüvvələri üz-üzə
gəldi. Sayca üstün olan və
döyüş fillərindən İstifadə edən
Teymur qələbə qazandı. Artıq
türk-müsəlman dünyasında
onun ciddi rəqibi qalmamışdı.
Növbəti hədəf Çin idi. Lakin
1405-ci ildə Çinə yürüş ərəfəsində
böyük fateh qəflətən vəfat
etdi və bu səfər baş tutmadı.
“Ölkələr qılıncla
alınar,
ancaq ədalətlə
idarə olunar”
|
Bu fikirlə razısınızmı?
Fikri şərh edin.
|
Teymuri dövləti XIV-XV yüzilliklərin
qovşağında şərqdə
Çin sərhədlərindən qərbdə
Anadoluya və Aralıq dənizinə,
şimalda isə Qafqaz dağlarından
cənubda Hindistana
və İran körfəzinədək geniş
əraziləri əhatə edirdi. Dövlət
türk-monqol ənənəsinə uyğun
olaraq uluslara bölünmüşdü.
Onun tərkibində müxtəlif dilə
və dinə malik xalqlar yaşayırdı.
Bu xalqları itaətdə saxlamaq
üçün hamının qəbul və əməl
edəcəyi vahid qanunlara
zərurət yaranmışdı. Buna
görə Əmir Teymur özünün
"Teymurun qanunları" adlı
qanunlar toplusunu yaratdı.
Qanunların əsas ideyası qanunun
aliliyi prinsipinin qəbul
etdirilməsi idi.
|
Əmir Teymur taxtda
O bu qanunlar toplusunda
"ölkələrin qılıncla alınıb,
ancaq ədalətlə idarə olunmasını"
bəyan edirdi. Lakin
onun varisləri bu şüara əməl
etmədilər.
Teymurun fəthləri İpək yolunun
daha da canlanmasına şərait yaratmışdı.
O, Asiyadan Avropaya
gedən yolları nəzarətdə saxlayırdı.
Əmir Teymur Avropa ölkələri
ilə birbaşa ticarət əlaqələri
yaratmaq siyasəti yeridirdi. Bu
addımla o həm də Avropa-
Asiya ticarətində Səmərqəndin
rolunu artırmaq niyyəti güdürdü.
Böyük fateh elm və mədəniyyətin
də qayğısına qalır, paytaxt
Səmərqəndi türk-islam dünyasının
mədəniyyət mərkəzinə
çevirməyə çalışırdı. Bunun üçün
o, fəth edilən ölkələrdən böyük
alimləri, həmçinin müxtəlif sənət
adamlarını Səmərqəndə gətirmişdi.
Nəticədə onun varislərinin
dövründə "Teymuriu intibahı"
adlandırılan mədəni cərəyanın
əsası qoyulmuşdu.
|
Dövlətin
tənəzzülü
Əmir Teymurun ölümündən
sonra varisləri arasında
baş verən çəkişmələr dövləti
zəiflətdi. Ayrı-ayrı hökmdarlar
(Şahrux, Hüseyn Bayqara) dövlətin
qüdrətini bərpa etməyə
çalışsalar da, Qərbdə oğuzların
yeni siyasi dirçəlişi, Mərkəzi
Asiyada isə Şeybanilər dövlətinin
yaranması Teymurilər
dövlətini çətin sınaq qarşısında
qoymuşdu. 1507-ci ildə Şeybani
xan Xorasanı və Teymurilərin
son sığınacağı olan Heratı ələ
keçirərək bu dövlətin varlığına
son qoydu. Xorasan uğrunda
mübarizə və Hüseyn Bayqaranın
oğlanlarının Səfəvi şahı
I İsmayıla sığınması Şeybanilərlə
Səfəvilər arasında gələcək
müharibələrə səbəb oldu.
|
|