tanınmışdır. Lakin döyüşlərin birində Teymur çiynindən və ayağından yaralanır, aldığı yaralar
isə izsiz ötüşmür. Axsadığına görə müasirləri onu Teymurləng adlandırır.
Cağatay ulusunda baş verən daxili çəkişmələr onun idarəçilik təcrübəsi qazanmasında mühüm rol
oynamışdır. Dostları və tərəfdaşları ilə ədalətlə davranan Teymur bəzən qatı düşmənlərini belə
bağışlamaqla onları dosta çevirməyi bacarırdı. O deyirdi: "Başıma gələnlərdən onu öyrəndim ki,
sadiq və vəfalı dost öz dostundan inciyəndə ondan ayrılmaz, dostunun düşmənini öz düşməni hesab
edər. ...Cahil və nadan dostdan ağıllı düşmən irəlidir".
Gənc yaşlarından Səmərqənd və Bəlx hakimi Əmir Qazana xidmət edən Teymur onun vəfatından sonra oğlu Əmir Hüseyn ilə də ittifaq bağlayıb qohum oldu. Onlar birlikdə Cağatay xanı Toğluq Teymurla mübarizə aparırdılar. 1365-ci ildə müttəfiqlər Mavərannəhr üzərinə yürüş edən Toğluq Teymura məğlub oldular. Lakin Səmərqənddə əsasını sənətkarlar təşkil edən sərbədarilər* monqol ağalığı ilə barışmaq niyyətində deyildi. Şəhərə daxil olan Cağatay xanı küçə döyüşlərində onlara məğlub oldu və geri çəkilmək məcburiyyətində qaldı. Sərbədarilərin hakimiyyəti isə Mavərannəhrə yayılmağa başladı. Lakin |
müttəfiqlər bu hadisədən bir il sonra Səmərqəndə daxil olub sərbədariləri tabe etdilər.
* Sərbədarilər
sözünün hərfi mənası “boğazdan dara çəkilənlər” deməkdir. Mərkəzi Asiyada, və İranda monqol istilasına qarşı azadlıq hərəkatinin iştirakçılarıdır.
“Əgər göy üzündə Tanrı iki olsa idi, yer üzünün nizamı pozulardı”.
Əsas rəqiblərini sıradan çıxaran müttəfiqlər tezliklə bir-biri ilə qarşılaşdılar. Hakimiyyət uğrunda Əmir Hüseynlə Teymur arasında başlanan mübarizə Teymurun qələbəsi ilə başa çatdı. Sərbədarilər hərəkatından ehtiyat edən şəhər idarəçiləri, həmçinin digər xırda feodal hakimlər Teymurun hakimiyyətini tanımağa məcbur oldular. 0,1370-ci ildə qurultay çağıraraq "əmir" titulu qəbul etdi və yeni dövlətin - Teymurilər dövlətinin əsasını qoydu. Çingiz xanın soyundan olmadığı üçün Teymur özünü xan elan edə bilməzdi. Yalnız fəthlərdən sonra o, qurduğu dövlətə "Turan" adını verib, "Turan sultanı" titulunu qəbul etdi. |
Düşünüb-daşındım ki, əgər Allah birdirsə, onun şəriki yoxdursa. Allah-taalanın müqəddəs
mülkünə - yer üzünə sahiblik eləyən insan da bir olmalıdır! Bu vaxt övliyalardan sayılan
Baba Əli Şah qarşıma gəldi və dedi: "Ey Teymur, Allah-taala buyurmuşdur ki, əgər göydə iki
Tanrı olsa idi, yer üzünün nizamı pozulardı".... bundan sonra özlərini dövlət şəriki hesab
edib mənə tabe olmaq istəməyən əmirləri dürlü-dürlü fəndlərlə özümə itaət etdirmək qərarına
gəldim... Mavərannəhrdəki bütün ellər, xalqlar, qoşunlar, tümənlər, eləcə də köçərilər mənim
hökmranlığım altına keçdilər".
“Əmir Teymur Qanun kitabı”nda
Mərkəzi Asiyada Teymurun uğur qazanması üçün bütün şərtlər var idi. Monqol işğalından keçən iki yüz ilə yaxın dövr ərzində burada yaşayan əhali "Böyük Yasa" sayəsində hərb sənətinin tələblərinə cavab verən ordu halında formalaşdı. Çingiz xanın varisləri onun həyata keçirdiyi hərbi-inzibati islahatları burada da tətbiq etmişdilər. Sərt monqol hərbi intizamı türk gənclərinin iliklərinə qədər işləmişdi. Digər monqol uluslarının əhatəsində qalan Cağatay xanları böyük işğallar həyata keçirə bilmədiyindən parçalanma dövründə bu hərbi güc daxili çəkişmələrə sərf olunurdu. Bu böyük gücü idarə etmək və fəthlərə yönəltmək "dəmir adamın" - Teymurun missiyasına çevrilmişdi. |