TEYMURİ
DÖVLƏTİ
Cağatay ulusu, Barlas qəbiləsi, Teymur,
sərbədarilər, Səmərqənd, fəthlər, Ankara döyüşü
ingiz xanın vəsiyyətinə
əsasən
yaradılan monqol
uluslarından biri
də Cağatay ulusu
hissəsini,
Xarəzm və Mavərannəhri
əhatə edən bu ulus Böyük
Monqol dövlətinin parçalanmasından
sonra müstəqil
fəaliyyət göstərirdi. Şərqi
Avropaya, Çinə və Asiyanın
qərbinə doğru genişlənən digər
monqol uluslarından fərqli
olaraq Cağatay ulusu geniş
işğallar həyata keçirməmişdi.
Lakin Qızıl Ordunun zəifləməsi,
Hülakülərin süqutu, Cağatay
ulusunun yerində meydana
gələn Teymuri dövlətinin
geniş işğallarına əlverişli şərait
yaratdı. XIV yüzillik türk-islam
dünyası yeni fatehlə - özünü
"Turan sultanı" adlandıran Əmir
Teymurla tanış oldu.
Cağatay ulusu XIV yüzilliyin
ortalarında bir-biri ilə mübarizə
aparan Moğolustan və Mavərannəhr
dövlətlərinə parçalanmışdı.
Bu mübarizələr gah bu,
gah da digər tərəfdə döyüşçü
olaraq iştirak edən gələcək
fatehin - Teymurun sərkərdə
və siyasətçi kimi yetişməsində
mühüm rol oynadı.
|
Teymur (türkcə mənası "dəmir")
1336-cı ildə Türküstanın
Keş əyalətində (indiki Özbəkistanın
Şəhrisabz bölgəsində)
anadan olmuşdur. Atası
Taraqay bu əyalətin idarəçilərindən
idi. Hələ kiçik yaşlarından
hərb işinə böyük maraq
göstərən Teymur üçün xüsusi
tərbiyəçilər tutulmuşdu.
|
Cağatay
ulusunun türkləşmiş Barlas
nəslindən olan gələcək fateh
uşaqlıq illərində yaxşı təhsil
almış, həmçinin türk-monqol
hərb sənətinin incəliklərinə
yiyələnmişdi. Məhz bu amillər
onun uğur qazanmasında
mühüm rol oynamış, tezliklə
o həm cəsur hərbçi, həm
də ağıllı və tədbirli lider kimi
|