Yonma Daş
dövrü
Yonma Daş dövrü və ya Mezolit
e.ə. XII minillikdə başlamış
və Cilalı Daş dövrünə, yəni
Neolitə qədər davam etmişdir.
Bu dövrdə insanlar daşları
yonaraq daha kəsici alətlər
düzəltməyə başladılar. İstiləşmə
nəticəsində Yer kürəsində bitki
və heyvanat aləmi xeyli dəyişdi.
Keçmiş buzlaqların yerində
müxtəlif bitkilər meydana gəldi
və daha kiçik heyvanlar yaşamağa
başladı. Yonulmuş, daha
kəsici daşları ağac çubuqlarının
başlarına bərkitməklə ox
və onu atmaq üçün yay ixtira
olundu.
|
Daş dövrünün mərhələləri ilə bağlı sxem hazırlayın.
|
Üst Paleolit dövrü 40-35 min
il bundan əvvəl "Ağıllı insan"ın
yaranmasından Yer kürəsində
istiləşmənin baş verməsinə qədərki
dövrü əhatə edir. İnsanlar
bir-biriləri ilə rabitəli nitqlə
danışmağa, ibtidai incəsənətlə
məşğul olmağa başladılar. Ulu
icma birlikdə yaşayan, işləyən,
ümumi əmlaka malik olan və
|
qan qohumluğuna əsaslanan
insan kollektivi - qəbilə və ya
nəsli icma ilə əvəz olundu.
Uzun müddət qəbilə icmasında
qohumluq ana xətti əsasında
aparılmışdır. Ona görə bu dövr
anaxaqanlığı (matriarxat) adlanır.
Qadın uşaqların qayğısına
qalır, yığıcılıqla məşğul olur,
odu qoruyub saxlayırdı.
|
Artıq ovçular heyvanları və
quşları daha uzaq məsafədən
vura bilirdilər. İri heyvanların
ovlanması zamanı çox vaxt ox
onları yaralayırdı. Yaralı heyvanların
ovunu ucu şiş ağac və
ya ucuna kəsici daş bağlanmış
ağacla başa çatdıran insanlar
çox vaxt
yaşayış məskənlərinə gətirir
və əhliləşdirirdilər. Bununla da
ibtidai heyvandarlığın əsası
qoyuldu.
Buzlaşma dövründən fərqli
olaraq, istiləşmə dövründə
insanlar topladıqları ayrı-ayrı
bitkilərin mövsümlərə uyğun
olaraq yenidən cücərdiklərini
müşahidə etməyə başladılar.
İndi onlar bu bitkilərin toxumlarını
özləri toplayaraq əkib-becərməyi
öyrəndilər. Torpağı ucu
şiş və ya ağzına daş bərkidilmiş
ağacla, yaxud da daşla yumşaldırdılar.