1359-cu ildə Cuci nəslindən
olan xanların hakimiyyəti başa
çatdı. Bundan sonra Qızıl
Ordu dövlətində hakimiyyət
uğrunda mübarizələr başlandı.
Məmur özbaşınalıqları,
vergilərin çoxluğu da xalqın
narazılığını artırırdı. Daxili
çəkişmələr mərkəzi hakimiyyətin
zəifləməsinə və tabe edilən
ölkələrin müstəqillik meyillərinə
təkan verdi.
Qızıl Ordunun zəifləməsi rus
knyazlarının fəallaşmasına
səbəb oldu. Moskva knyazlığı
ətrafında birləşən rus qüvvələri
1380-ci ildə Kulikovo çölündə
sərkərdə Mamay xanı ağır məğlubiyyətə
uğratdılar. Mamay
xan öldürüldü. Lakin Teymurun
köməyi ilə taxta çıxan Toxtamış
xan 1382-ci ildə Moskvanı
|
tutaraq yandırdı və yenidən
Qızıl Ordu dövlətinə tabe etdi.
Toxtamışın Teymurdan asılı olan
ölkələrə qarətçi yürüşlər təşkil
etməsi teymurilərlə toqquşmalara
gətirib çıxardı. 1395-ci ildə
Terek çayı sahilində Toxtamış
xan məğlub oldu. Qızıl Ordunun
şərq vilayətləri Teymurilər
dövlətinin tərkibinə qatıldı. Bu
hadisələrdən sonra Qızıl Ordu
bir daha özünə gələ bilmədi və
parçalanmağa başladı.
Ara müharibələri nəticəsində
XV yüzillikdə Qızıl Ordunun
tərkibindən bir sıra ərazilər
ayrıldı: Qazan, Həştərxan, Krım
xanlıqları və Noqay Ordusu
kimi müstəqil dövlətlər yarandı.
Qızıl Ordu dövlətinin itirilmiş
qüdrətini bərpa etmək istəyən
|
Əhməd xan 1480-ci ildə Moskva
knyazlığı üzərinə yürüş etdi.
Uqra çayı sahilində birləşmiş
rus knyazları ilə qarşılaşan
Əhməd xan onlarla toqquşmaqdan
çəkindi.
Tarixdə "Uqra görüşü" kimi
tanınan hadisələr nəticəsində
Moskva knyazlığının Qızıl
Ordudan vassal asılılığına son
qoyuldu. Daxili çəkişmələrə
və ara müharibələrinə məruz
qalan Qızıl Ordu dövləti XVI
əsrin əvvəllərində süqut etdi.
|
Qızıl Ordunun tənəzzülünün
səbəblərini müəyyən
edin.
|
|
"Böyük Yasa”nın Çingiz
xanın uğurlarındakı rolunu
izah edin.
|
|