Qərbdə yerləşən bütün torpaqlar
vəsiyyətə görə Cucinin
əraziləri hesab edilirdi.
Batı xanın başçılıq etdiyi
monqol ordusu əvvəlcə idil
bulqarlarını və rus knyazlarını
tabe etdi. 1240-cı ildə Kiyevi
ələ keçirən Batı xan diqqətini
Polşaya yönəltdi. 1241-ci ildə
baş verən döyüşlərdə monqollar
Polşa-alman qoşunlarına
və macarlara qalib gəldilər.
Batı xan Macarıstana, oradan
isə Çexiyaya daxil oldu. Lakin
Böyük monqol xanının ölüm
xəbəri Batı xanın yürüşlərinin
dayanmasına səbəb oldu.
O, geri dönüb böyük xan seçkisində
iştirak etmək niyyətində
idi. Lakin böyük xanın seçilməsi
xəbərini alandan sonra
o, İdil sahillərində dayandı.
Burada öz adına Saray-Batı
şəhərini saldırdı. Beləliklə, Batı
xanın yürüşləri nəticəsində XIII
yüzilliyin 40-cı illərində Qızıl
Ordu dövləti meydana gəldi.
Özünün ən qüdrətli vaxtlarında
|
bu dövlətin sərhədləri Qərbi
Sibiri, Şimali Xarəzmi, İdil boyu
əraziləri, Şimali Qafqazı, Krım
və Qıpçaq çölünü əhatə edirdi.
Bu ərazilərdə yaşayan əhalinin
böyük hissəsini türk-müsəlman
əhalisi təşkil edirdi. Monqollar
tədricən onlarla qaynayıb
qarışır, dil və mədəniyyətlərini
mənimsəyirdilər XIV yüzilliyin
birinci yarısında Özbək xan islam
dinini rəsmi dövlət dini elan etdi.
Bununla da Qızıl Ordu dövlətində
türkləşmə prosesi başa
çatdı.
|
|
Qızıl Ordunun yerləşdiyi
ərazidə hazırda hansı
dövlətlərin olduğunu
araşdırın.
|
İdarəetmə
Vergiləri yığan məmur baskak
adlanırdı. Bir sıra əyanlar
xana xidmət müqabilində bəzi
imtiyazlara malik idilər. Onların
təbəələri xan fərmanı - yarlıq
ilə vergi verməkdən azad
edilirdi. Belə şəxslər tərxan adı
daşıyırdılar.
|