Güclü ordusunun olmasına
baxmayaraq, Xarəzmşah
Məhəmməd monqollarla açıq
döyüşə girməkdən çəkinərək
hər bir şəhərə ayrı-ayrılıqda
müdafiə olunmaq əmri
vermişdi. Rəqibini düzgün
qiymətləndirməyən Xarəzmşah
monqolların möhkəm
qala divarlarına malik şəhərləri
tuta bilməyəcəyini düşünürdü.
Lakin o, monqolların şəhərləri
ələ keçirmək üçün hərbi
qurğulara malik ola biləcəyini
nəzərə almamışdı.
Çindən divardələn, lağımatan
qurğular və mancanaqlar əxz
edən monqol qoşunu üçün
şəhərləri ələ keçirmək artıq
çətin deyildi. Çingiz xan əvvəlcə
Xarəzmşahlar dövlətinin
əsas mərkəzlərinə eyni vaxtda
hücum etmək üçün ordunu
hissələrə böldü. Şəhərlər
dağıdıldı, əhalinin bir qismi
qılıncdan keçirildi. Monqollara
müqavimət göstərə bilməyən
Xarəzmşah Məhəmməd öldü.
Onun ölümündən sonra
oğlu Cəlaləddin monqollarla
|
mübarizə aparsa da, ciddi
uğur qazana bilmədi. Beləliklə,
Çingiz xan 1219—1221-ci illərdə
Mərkəzi Asiyanın işğalını başa
çatdırdı.
Xarəzmşahın oğlu Cəlaləddini
təqib edən Cəbə və Subutayın
orduları İrandan keçərək
Cənubi Qafqaza qədər irəlilədi.
Bu yürüşlər gələcəkdə Cənubi
Qafqazın işğalı üçün zəmin
yaratdı. Monqollar 1222-ci ildə
Dərbənd keçidindən keçərək Şimali
Qafqaza gəldilər. 1223-cü
ildə baş verən Kalka döyüşündə
birləşmiş rus-qıpçaq qoşunları
da məğlub edildi. Bundan sonra
monqollar ölkələrinə qayıtdılar.
Monqol tayfalarını birləşdirən
və hakim xalqa çevirən Çingiz
xan ölümünün yaxınlaşdığını
hiss edib vəsiyyətnamə
hazırlamışdı. Həmin vəsiyyətnaməyə
görə Monqol dövləti
oğullarının sayına uyğun
olaraq dörd ulusa bölünürdü.
Böyük xan qurultayda seçilməli,
digər ulusların xanları ona
tabe olmalı idi.
|
Qızıl Ordu
dövləti
1235-ci ildə monqol əyanları
paytaxt Qaraqorumda qurultaya
toplaşdılar. Qurultayda
Monqol imperiyasından
qərbdə yerləşən günbatan
ölkələrə - Qıpçaq çölünə və
Şərqi Avropaya yürüş etmək
haqqında qərar qəbul olundu.
Yürüşə Batı xan başçı təyin
edildi. Batı Çingiz xanın nəvəsi,
Qərb ulusunun xanı Cucinin
oğlu idi.
|