olaraq onluq, yüzlük, minliklərə və tümənlərə bölünürdü. Bu addım hərbi yürüşlər və müharibələr zamanı ordunun qısa müddət ərzində səfərbər olmasına imkan verdi. Beləliklə, monqol ordusu süvari qoşunların asanlıqla idarə olunduğu "onluq sistem" adlandırılan qədim hun ənənəsini davam etdirmiş oldu. Bununla həm də ordunun tayfa prinsipləri əsasında formalaşdırılması qaydasından imtina edildi. |
Tayfalar ərazi birlikləri ilə əvəz
olundu. Orduda sərt intizam
yaradılmışdı. Böyük rəislərin
əmrləri sözsüz yerinə yetirilməli
idi. Fərarilik isə edam
ilə cəzalandırılırdı. Həyatının
böyük hissəsini mübarizələrdə
keçirən Çingiz xan özünü güclü
strateq, bacarıqlı komandan
kimi təsdiq edə bilmişdi. Onun
strategiyasının əsasını kəşfiyyat,
düşmənin zəif və güclü
tərəflərini diqqətlə öyrənmək
və ona gözləmədiyi istiqamətlərdən
qəfil zərbə endirmək
təşkil edirdi. Bu məqsədlə o,
hücum edəcəyi ərazilərə tacir
və səyyah qiyafəsində casuslar
göndərir, düşmən haqqında
ətraflı məlumatlar toplayırdı.
Monqol işğalları
başlayır
Çingiz xan geniş çöllərdə yaşayan bütün monqol və türk tayfalarını birləşdirdikdən sonra |
işğallara başladı. Əvvəlcə Şərqi Türküstan və Cənubi Sibir tabe edildi. Bu addım onun ordusunun sıralarının genişlənməsinə səbəb oldu. Daha sonra Çingiz xan diqqətini varlı və zəngin Çinə yönəltdi. 1211—1215-ci illərdə aparılan müharibələrdən sonra Çinin şimal əraziləri fəth edildi, paytaxtı Pekin tutuldu. Monqollar işğal olunan ərazilərdə az da olsa, müqavimət göstərən şəhər və kəndləri yandırır, əhalini amansızcasına qılıncdan keçirirdilər. Sayca az olan monqollar qorxu və xof yaradaraq əhalinin müqavimətini qırmaq məqsədi güdürdülər. İşğal olunan ərazilərdə feodal dağınıqlığının hökm sürməsi, ara müharibələri və vahid dövlətin olmaması monqolların uğur qazanmasına şərait yaradırdı. Uğurlu Çin səfərindən sonra Çingiz xan əsas hərbi qüvvələrini qərbə yönləndirdi və Xarəzmşahlar dövlətinə hücum etdi. |