Aclıq və daimi təhlükələr bu ailəni qarabaqara izləyirdi. Temuçin sərt həyat şərtləri altında böyüyür və möhkəm iradəyə sahib şəxsiyyət kimi yetişirdi. Atasının ölümündən sonra qəbilə hakimiyyətini ələ alan Tarqutay Temuçinin çətin şərtlər altında hələ də sağ olduğunu eşidib narahat olmuş və onu əsir götürərək öldürmək üçün qandallatdırmışdı. Lakin Temuçin Sulduz qəbiləsindən olan şəxslərin köməyi ilə bu sınaqdan da qurtula bilmişdir. Onun cəsarəti və müxtəlif çətin sınaqlardan şərəflə çıxması şöhrətinin getdikcə artmasına səbəb olmuşdur. Ətrafına cəsur və sədaqətli insanlar toplayaraq qüvvətlənən Temuçin tezliklə nayman, kerait, merkit və digər monqol tayfalarını özünə tabe etdi. Ona qarşı çıxan yaxın dostu Camuqa da məğlub edildikdən sonra artıq meydanda ciddi rəqibi qalmamışdı. |
"Tann tərəfindən
göndərilən
xan”
1206-cı ildə Onon çayı sahilində monqol tayfa başçılarının iştirakı ilə qurultay çağırıldı. Xalq arasında Teb Tenqri adı ilə tanınan bir şaman "Əzəli və Əbədi Mavi Göyün Temuçini dünya xaqanı (xanı) olaraq göndərdiyini" qurultaya bəyan etdi. Bundan sonra qurultay onu böyük xan seçdi və Çingiz xan adını verdi. Beləliklə, Monqol ulusunun əsası qoyuldu. Qaraqorum şəhəri yeni dövlətin paytaxtı oldu. Onon qurultayı monqol tarixinin dönüş nöqtəsinə çevrildi. O vaxtadək bir-biri ilə çəkişən tayfalar artıq Çingiz xanın hakimiyyəti altında vahid dövlətdə birləşdi. |
Böyük xan qurduğu dövlət üçün "Böyük Yasa" adlanan qanunlar toplusu yaratdı. Hamını bu qanunlara tabe olacağına and içdirdi. Toplu yarlıklar (əmrlər), yasaqlar (qanunlar) və Çingiz xanın nəsihətlərindən ibarət idi. "Böyük Yasa"da təsbit olunmuş hərbi-inzibati islahat böyük xanın gələcək fəthlərinə hesablanmışdı. Dövlətin ərazisi ordunun quruluşuna müvafiq |