İdarə edilməsi
və inzibati
bölgüsü
Dehli sultanlığının idarəçiliyi
özündən əwəlki türk-müsəlman
dövlətləri kimi feodal
monarxiyası idi. Müsəlmanlar
"dövlət xalqı", hindlilər isə
"himayəyə götürülmüş xalq"
hesab olunurdu.
Bəzi hind racələrinə daxili
idarəçilikdə müstəqillik verilmişdi.
Dövləti sultan idarə edir,
mülki və hərbi işlərə baş vəzir
rəhbərlik edirdi. Ölkə vilayətlərə,
vilayətlər dairələrə bölünürdü.
Vilayətlər valilər, dairələr
isə rəislər tərəfindən idarə
olunurdu.
|
|
Müsəlmanlarla bağlı məhkəmə
işlərini qazılar, hindli əhali ilə
|
bağlı məhkəmə işlərini isə
dövlət tərəfindən xüsusi olaraq
ayrılmış məmurlar həyata
keçirirdilər.
Dehli sultanları karxana adlanan
sənətkarlıq müəssisələrinin
artmasına xüsusi diqqət
yetirirdilər.
|
|
Dehli sultanlığında və
eyni dövrdə Azərbaycanda
mövcud olan torpaq
mülkiyyəti formalarını
müqayisə edin.
|
|
Baş vəzirin dövlət idarəçiliyində
oynadığı rolu
dəyərləndirin.
|
|
Torpaq mülkiyyəti |
Xüsusiyyətləri |
Dövlət torpaqları |
- Bu torpaqlardan alınan vergilər sultan sarayının saxlanılmasına
xərclənirdi. Vergilər icma başçısı tərəfindən toplanır,
məhsulu sultan xəzinəsinə çatdırmalı olan məmurlar isə
onun həcmini çox vaxt gözəyarı müəyyən edirdilər. Bəzi
meşələr və çəmənlər də dövlət mülkiyyəti elan edilmişdi.
|
Xass |
- Bu, sultan ailəsinə məxsus torpaqlardır. Bu torpaqları becərən
kəndlilər sultan xəzinəsindən maaş alırdılar.
|
İqta |
- Bu, türk mənşəli sərkərdə və məmurlara verilən torpaqlardır.
Onların sahibləri zəmindar adlanırdı.
|
Mülk |
- Feodalların xüsusi mülkiyyətində olan torpaqlardır.
|
Vəqf |
- Sultan tərəfindən ayrılan bu torpaqlardan əldə edilən gəlir
məscidlərin, müsəlman alimlərinin, şairlərin ehtiyaclarının
ödənilməsi üçün xərclənirdi.
|
İcma |
- Kənd icmalarına məxsus torpaqlardır.
|