Əlaəddin Xələc
bolluğu yaratmaq məqsədilə
zəmindarlardan alınan torpaqlar
isə kəndlilərə icarəyə verildi.
|
Sizcə, hərbçilərə xidmət
müqabilində torpaq əvəzinə,
maaş verilməsinin nə
kimi əhəmiyyəti vardır?
|
|
Dehli sultanlığının zəifləməsi
XIV yüzilliyin əvvəllərində
Dehli sultanlığının ərazisi
xeyli genişlənsə də, istər
türk-müsəlman, istərsə də
hindli əhalinin dövlətin yeritdiyi
siyasətdən narazılığı
artmağa başladı. XIV yüzilliyin
80-ci illərində başlayan daxili
çəkişmələr və hindli əhalinin
qiyamları dövləti zəiflətdi. Bir
çox türk-müsəlman feodalları
mərkəzi hakimiyyətə tabe
olmaqdan boyun qaçırdı.
Cənubda xırda müstəqil hind
dövlətləri yaranmağa başladı.
Dehli sultanlığının uzun sürən
tənəzzül dövrü başlandı. XIV
yüzilliyin sonlarında Əmir
Teymurun Dehli sultanlığı torpaqlarına
yürüşü dövləti daha
|
da zəiflətdi və dərin iqtisadi
böhrana səbəb oldu.
XV yüzilliyin ortalarından
başlayaraq Dehli sultanlığının
ərazisi bir neçə dəfə kiçildi.
Müsəlman və hindli feodallar
arasında mübarizə daha da
kəskinləşdi. Lakin Hindistan
yarımadasının istər şimalındakı
və mərkəzindəki nüfuzunu
itirmiş müsəlman əmirləri,
istərsə də cənubda möhkəmlənən
hind racələri ölkəni birləşdirməyi
bacara bilmədilər.
|
Dehli sultanlığını idarə etmiş
sülalələrlə bağlı sxem
hazırlayın.
|
|
|