ələ IV yüzillikdən başlayaraq Hindistan yarımadasının şimalı, Hyəni Pakistan və bölgələr Cənubi Asiyada türklərin ən çox diqqət yetirdikləri ərazilərdən biri idi. XI yüzilliyin əvvəllərində bu bölgə müsəlman- türk sülaləsi olan Qəznəlilər tərəfindən fəth edildi. Şimali Hindistanda qəznəlilərin hakimiyyətini başqa bir türk sülaləsi olan qurlular davam etdirdi. Qurlular da qəznəlilər kimi ordu quruculuğunda daha çox öz soydaşlarına, yəni türklərə üstünlük verir, bölgədə islam dininin yayılmasına xüsusi diqqət yetirirdilər. |
Onların bəziləri qul bazarlarından
satın alınır, hərbi təlim
keçib təhsil verildikdən sonra
orduya cəlb olunurdu. Bu döyüşçülər
məmlük və ya qulam
adlandırılırdı.
Belə məmlük döyüşçülərdən
biri də Qütbəddin Aybək Türkman
idi. O, doğma türk dili ilə
yanaşı, ərəb və fars dillərini də
gözəl bilirdi. Qurlular dövlətinin
sonuncu hökmdarı Məhəmmədin
bir hindli tərəfindən xaincəsinə
qətlə yetirilməsindən
sonra hakimiyyətə Qütbəddin
Aybək Türkman gəldi.
Dehli
sultanlığının qurulması Qütbəddin Aybək tərəfindən əsası 1206-cı ildə qoyulmuş dövlət Dehli, bəzən isə Hindistan sultanlığı (1206-1526) adlanırdı. |
Dehli sultanlığı biri digərini
əvəz etmiş müxtəlif türk sülalələri
tərəfindən idarə olunmuş,
XV yüzilliyin ortalarında
isə hakimiyyət əfqan mənşəli
sülalənin əlinə keçmişdi.
Məmlüklər sülaləsinin hakimiyyəti
dövründə (1206-1290)
indiki Pakistan və ona qonşu
ərazilərdə türk dilinin və İslam
dininin yayılmasına xüsusi
diqqət yetirilirdi. Qütbəddin
Aybək özünün saray tarixçisinə
türklərin dili, tarixi, adət və
ənənələrindən bəhs edən əsər
yazdırmışdı.
Qütbəddin Aybəkdən sonra hakimiyyətə onun kürəkəni Şəmsəddin Eltutmuş (1211-1236) gəldi. O, qərbdə monqol hücumlarını dəf etməklə yanaşı, şərq istiqamətində dövlətin ərazilərini daha da genişləndirdi. Eltutmuş monqol hücumlarına qarşı mübarizə aparan Xarəzmşah Cəlaləddinə öz ərazisində sığınacaq verdi, Abbasi xəlifəsi ilə sıx dostluq əlaqələri yaratdı. O, hələ sağ ikən qızı Raziyəni öz vəliəhdi elan etmişdi. Türk-islam |