Yunan dilində "paleos" qədim,
"litos" daş deməkdir.
Yunan dilində "mezos" orta, "litos"
daş deməkdir.
Yunan dilində "neos" yeni,
"litos" daş deməkdir.

Daş dövrü əmək alətlərinin
hazırlanma üsuluna görə üç
yerə ayrılır:
Kobud və ya Paleolit, Yonma
və ya Mezolit, Cilalı və
ya Neolit.
Daş dövründən Metal dövrünə
keçid olan Mis-daş qısa müddət
davam etmiş və mis alətlər daş
alətləri sıradan çıxara bilməmişdir.
Kobud Daş
dövrü
Kobud Daş dövrü və ya Paleolit
ilk insan tipinin yaranmasından
e.ə. 12-ci minilliyə qədər
davam etmişdir. Bu dövrdə
əmək alətləri kimi, əsasən, iri və
kobud daşlardan istifadə olunmuşdur.
Paleolit dövrü özü Alt,
Sizcə, nə üçün ilk əmək
alətləri daşdan hazırlan-
mişdir?

Orta və Üst Paleolit mərhələlərinə
bölünür. Alt Paleolit qədim
daş dövrünün ilk mərhələsi
olub, ilk insanın yaranmasından
100 min il bundan əvvələ,
yəni Yer kürəsində baş vermiş
soyuqlaşmaya qədər davam
etmişdir. Bu dövrdə yaşamış
insan antropoloqlar tərəfindən
"bacarıqlı insan" adlandırılır.
Əsasən, ovçuluq və yığıcılıqla
məşğul olan "bacarıqlı insanlar"
Ulu icma şəklində yaşamışlar.

100 min il bundan əvvəl soyuq-
laşma nəticəsində Yer kürəsinin
xeyli hissəsi buzla örtüldü.
Buzlaşma ilə başlamış Orta
Paleolit dövrü 40-35 min il
bundan əvvələ - "Ağıllı insan"ın
və ya "Homo Sapiens"in (yunan
dilində "homo" insan, "sapiens"
ağıllı, dərrakəli deməkdir) yaran-
masına qədər davam etmişdir.

Antropoloqlar Orta Paleolit
dövrü adamlarını bu tip insanın
ilk tapıldığı bölgənin adı ilə
"Neandertal insan"ı adlandırırlar.
Bu dövrdə insanlar süni od
əldə etməyi öyrəndilər.