Türklərin
“Qızıl körpü”yə
sahib olması
XV yüzilliyin ortalarında əvvəlki
gücünü bərpa edən osmanlılar
"ikinci Roma" adlanan Konstantinopola
hücumlarını davam
etdirdilər. Sultan II Mehmet
1453-cü il mayın 29-da iki aylıq
mühasirədən sonra Konstantinopolu
fəth etdi.
Sultan II Mehmet bu qələbədən
sonra "Fateh" ləqəbini
qazandı. II Mehmet Müqəddəs
Sofiya kilsəsinə daxil oldu və
burada namazını qıldı.
|
Osmanlı dövləti dünyanın
böyük dövlətlərindən birinə
çevrildi. Avropa ilə Asiyanı birləşdirən
və tarixdə "Qızıl körpü"
adlandırılan Konstantinopolun
adı dəyişdirilərək istanbul oldu.
İstanbul Osmanlı imperiyasının
paytaxtı elan edildi.
Sultan II Mehmetin əmri ilə
1476-cı ildə "Qanunnamə" adlanan
qanunlar toplusu yaradıldı.
Bu topluda dövlət məmurlarının
vəzifələri, torpaq mülkiyyəti formaları,
məhkəmə quruculuğu,
ayrı-ayrı dini icmaların hüquq və
vəzifələri öz əksini tapmışdı.
II Mehmet tərəfindən aparılan
daxili və xarici siyasət Osmanlı
sultanlığının sonrakı hökmdarları
üçün nümunə oldu
|
Sultan Mehmet Fateh
|
Sultan II Mehmetin fəaliyyəti
ilə bağlı təqdimat
hazırlayın.
|
|