Dövlət üçün gərəkli
olan və səltənətin möhkəmlənməsi
üçün alqışlanacaq
qaydalar qoyulmasının
zamanı gəldi.
Öncə Səlcuqlu sultanlarının
adına kəsilən para
mövzusu var idi.
Orxan xanın uca və
kərəmli adı minbərdə göyləri
süslədiyi kimi, dinar və
altunları da eləcə parıldatmalıdır.
İslam dünyasında
gümüş və külçə altunlar
etibar qazansın.
İkinci olaraq, əsgərlər
üçün özəl geyim və paltarlar
tikilsin.
Üçüncü olaraq, qalaları
fəth etmək üçün aparılan
savaşlarda piyada əsgərlər
atlılardan daha əlverişlidir.
Xoca Sadəddin Əfəndi. "Tücüt-Tevarih"
|
Mənbədə verilmiş
məlumatlar nəyi
təsdiq edir?
|